Rusiya təsnifat qrupunu ikinci yerdə başa vurur

© Powered by UEFA.com ©Getty ImagesФутболисты сборной Бельгии празднуют забитый гол
Футболисты сборной Бельгии празднуют забитый гол - Sputnik Azərbaycan
Abunə olmaq
Öz meydanında Belçikaya böyük hesabla məğlub olan Rusiya millisi seçmə qrupunda birinci yer uğrunda mübarizədə intriqanı qoruya bilməyib.

Eden Azarın dublu, Torqan Azarla Romelu Lukakunun dəqiq zərbələri Belçika yığmasına Rusiya üzərinə böyük hesablı qələbə gətirib. Sonuncuların təsəlli qoluna Georgi Cikiya imza atıb.

Zədələrə görə rusiyalılar oyun ərəfəsində əsa xavbekləri olan Aleksandr Qolovini itirdilər. Onu bu yaxınlarda "Yuventus"un qapısına iki qol vurmuş Aleksey Mirançuk əvəz edib. Meydan sahibləri pix başlamadılar, topa saha çox sahib oldular. Lakin 15 dəqiqədən sonra rəqib kimin favorit olduğunu göstərdi. Torqan Azar yaxın "doqquzluğa" zərbə ilə hesabı açdı.

Qol "qırmızı şeytanları" ruhlandırdı və onlar tezliklə daha bir qol vurdular. Torqanın böyük qardaşı Eden Azar cərimə meydançasının xəttindən vurduğu zərbə qol oldu. Üçüncü qol müadfiədə kollektiv bacarıqsızlığın göstəricisi oldu: Kevin de Breynenin ötürməsindən sonra Azar qopu boş qapıya vurdu.

İkinci hissənin əvvəlində Gilerme Dris Mertnesin zərbəsinin qarşısnı alaraq növbəti qola imkan vermədi. Zəlimxan Bakayev və Daler Kuzyayevin meydana çıxmasından sonra Rusiya millisi irəlidə daha aqressiv oynamağa başladı. Lakin qolu belçikalılar vurdular: Lukaku sürətli keçiddən sonra aşağı küncə vurdu. Oyunun sonu rusiyalıların üstünlüyü ilə keçdi, nəticə olaraq Cikiya toplardan birinin əvəzini çıxdı.

Görüşün ən yaxşı oyunçusu: Eden Azar

Komandaların martdakı oyunundakı kimi Azar dubl etdi. Bu dəfə o, qardaşının qolunda məhsuldar ötürmə ilə də fərqlənib. "Qardaşıma bu ötürməni etmək xoş idi. Hərdən Torqan vurur, hərdən mən. Lakin ümumilikdə biz bu gün qalib gəldiyimiz üçün xoşbəxtik" - "Real"ın oyunçusu UEFA.com-a müsahibəsində etiraf edib.

Rusiya ikinci olacaq

Qələbə halında Rusiya millisi yekunda birinci yer üçün şanslarını saxlayırdı. İndi aydındır ki, Çerçesovun komandası ikinci yerdə olacaq. Sonuncu turdakı San-Marinoya qarşı oyun formallığa çevrilir. "Məşqçilər bizi xəbərdar etmişdilər ki, belçikalılar əks-hücumlarda çox təhlükəlidirlər, hər biri zərbə və ya qol ilə bitir. Təəssüf ki, biz onları saxlaya bilmədik", - deyə Daler Kuzyayev UEFA.com-a bəyan edib.

"Qorxulu heç nə yoxdur"

"Zenit"in xavbeki bu məğlubiyyətə böyük əhəmiyyət verməməyə çağırır. "Təsnifatın nəticəsi uğurludur, - гKuzyayev bildirir. - Əsas odur ki, biz məqsədimizə nail olduq, AVRO-ya çıxdıq. Əlbəttə, birinci yer uğrunda mübarizə aparmaq istəyirdik. Alınmadı. Qorxulu heç nə yoxdur. AVRO-da "qızıl" götürmək hədəfi dəyişəcək? Məncə, yox. Bizim oyunu təhlil etmək üçün kifayət qədər vaxtımız var. Toplanışlar olacaq. Komanda dünya çempionatına lazımi qaydada hazırlaşmışdı və orada əla çıxış etdi. Ümid edirəm ki, gələn il keçiriləcək turnirdə də belə olacaq".

Xəbər lenti
0