Danimarka və İsveçrə Avropa Çempionatında, İtaliyadan 9:1-lik qələbə

© Powered by UEFA.com ©Getty ImagesИгровой момент матча Ирландия - Дания
Игровой момент матча Ирландия - Дания - Sputnik Azərbaycan
Abunə olmaq
İrlandiya millisi Danimarka ilə oyunda heç-heçə etdi və qrupdan çıxa bilmədi. İtaliya isə Ermənistan millisini 9:1 hesabı ilə darmadağın edərək təsnifat mərhələsini itkisiz başa vurub

D qrupu

Cəbəlüttariq – İsveçrə 1:6

İsveçrə millisi gözlənildiyi kimi qələbə qazanıb və AVRO-2020-nin final mərhələsinə vəsiqə əldə edib. Sedrik İtten isə milli komandanın heyətində oynadığı ikinci oyunda dubl edib. İtten hesabı açdıqdan sonra ikinci hissədə Ruben Varqas qonaqların üstünlüyünü artırıb, üçüncü qolu isə Kristian Fassnaht vurub. Düzdür, daha sonra Cəbəlüttariqin oyunçusu Ris Stayx fərqlənə bilib. Ancaq bundan sonra İsveçrə millisindən Loris Benito, İtten və Qranit Caka rəqib torunu silkələyiblər.

© Powered by UEFA.com ©AFP/Getty Imagesİsveçrə millisinin futbolçuları
Danimarka və İsveçrə Avropa Çempionatında, İtaliyadan 9:1-lik qələbə - Sputnik Azərbaycan
İsveçrə millisinin futbolçuları

İrlandiya – Danimarka 1:1

Danimarkalılar bərabərliyi qoruya bildilər və AVRO-2020-nin final mərhələsinə çıxdılar. Qonaqlar 73-cü dəqiqədə, Henrik Dalsqorun ötürməsindən sonra Martin Breytveytin fərqlənməsi nəticəsində irəli çıxıblar. Metyu Dogerti baş zərbəsi ilə vurduğu qol hesabına irlandları ümidləndirsə də, Danimarka millisi özünə lazım olan bərabərliyi qoruya bilib. Bundan sonra İrlandiya AVRO-2020-yə pley-off mərhələsi ilə çıxmağa çalışacaq.

F qrupu

İspaniya – Rumıniya 5:0

İspaniya Rumıniya millisinə 5 cavabsız qol vurmaqla təsnifat mərhələsini effektli şəkildə yekunlaşdırıb. Hesabı yaxın zərbədən vurduğu qolla Fabian Ruis açıb. Bundan sonra birinci hissənin ilk on dəqiqəsində Jerar Moreno dubl edib. Fasiləyə az qalmış Adrian Rus öz millisinin qapısına qol vurub. Oyunda son nöqtəni isə əvəzetmə ilə meydana çıxan Mikel Oyarsabal qoyub.

İsveç – Farer adaları 3:0

Malta – Norveç 1:2

J qrupu

İtaliya – Ermənistan 9:1

İtaliya millisi turnirdə heç bir xal itirmədən təsnifat mərhələsində onuncu qələbəsini qazanıb. Oyunun ilk on dəqiqəsində sonda dubl edən Çiro İmmobile və Nikola Dzanolo fərqləniblər. Oyunda rəqib torunu Nikolo Barella, Jorjinyo və Romanoli də silkələyiblər. "Skuadro Adzurro"nun heyətində Federiko Kyeza və Rikkardo Orsolini də öz ilk qollarını vurublar. Ermənistan millisinin heyətində isə prestij qolunu möhtəşəm zərbə ilə Edqar Babayan vurub.

Lixtenşteyn – Bosniya və Herseqovina 0:3

Yunanıstan – Finlandiya 2:1

Xəbər lenti
0