23:00 08 Dekabr 2019
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov

Renat Dadaşov: "Bakı qrupuna Portuqaliya millisi düşsə, yaxşı olardı"

Instagram / renat_dada
Avro 2020
Qısa URL
5120

Azərbaycan millisinin və İngiltərə Premyer Liqasının təmsilçisi "Vulverhempton" klubunun hücumçusu Avropa Çempionatının Bakıda keçiriləcək oyunlarından olan gözləntilərini açıqlayıb

BAKI, 19 noyabr — Sputnik, Teymur Tuşiyev. Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hazırda ən perspektivli azərbaycanlı futbolçulardan biridir. Əbəs yerə deyil ki, 20 yaşlı futbolçu onunla dörd illik müqavilə imzalayan "Vulverhempton"un diqqətini çəkib. Hazırda Renat icarə əsasında Portuqaliya çempionatının yüksək liqasında çıxış edən "Pasuş de Ferreyra" klubunda oynayır və milli komandanın heyətinə cəlb olunur. Düzdür, Renat hələ ki milli komandanın heyətində oynadığı oyun dəqiqələri ilə fəxr edə bilməz. Sputnik Azərbaycan-la həmsöhbət olan Dadaşov gələn ilin iyun ayında Bakı Olimpiya Stadionunda keçiriləcək 2020-ci il Avropa Çempionatının final mərhələsi barədə gözləntiləri barədə danışıb.

- Qruplardan birinin oyunlarının Bakıda keçiriləcəyi AVRO-2020-dən gözləntiləriniz nədir?

- Bu, tarixi bir çempionat olacaq. Çünki bu çempionat ilk dəfə bu qədər böyük sayda ölkələrdə keçirilir. Mən hətta deyə bilərdim ki, AVRO-2020 bütün dünyadan olan futbolsevərlərin diqqətini cəlb edə biləcək ən böyük yarışlardan biridir. Azərbaycanın da bu yarışa cəlbi və bu tarixi Avropa Çempionatının dörd oyununun təşkilatçısı olması olduqca sevindiricidir. Hazırda Avropada xeyli sayda güclü milli komanda var. Ona görə də Bakı qrupuna hansı millilərin düşməsindən asılı olmayaraq, bütün oyunların olduqca maraqlı olacağını düşünürəm.

- Bakı Avropa Çempionatının ilk oyunlarını qəbul etməyə nə qədər hazırdır?

- Bakıda əla idman infrastrukturu var və şəhərin "Formula-1", "Avropa oyunları" və sair kimi böyük idman yarışlarını keçirməyə dair zəngin təcrübəsi var. Təbii ki, futbolun özünün spesifik xüsusiyyətləri var. Lakin bu il Bakıda ən yüksək səviyyədə Avropa Liqasının finalı keçirilib. Əminəm ki, təşkilati anlamda heç bir problem olmayacaq. Eyni zamanda Bakıda müasir olimpiya stadionu, həmçinin bütün dünya standartlarına cavab verən futbol arenaları var.

Nonsens: Baş məşqçi qələbəyə görə qovuldu>>

- Sizin fikrinizcə, AVRO-2020-nin oyunları Azərbaycana hansı faydanı verə bilər?

- Şübhəsiz, bu həm futbol oyunlarının keçirilməsi, həm də oyunçuların futbol ustalığının artırılması planında böyük təcrübədir. Xüsusi ilə o faktı nəzərə almaq lazımdır ki, AVRO-2020-nin final mərhələsində qitənin ən güclü milliləri iştirak edəcək. Bizim üçün gələcəkdə futbol üzrə Avropa və Dünya çempionatlarının final mərhələsinə çıxmağa dair daha çox şanslar əldə etməyimiz baxımından böyük komandaların təcrübəsini almaq imkanıdır.

- Bakıda hansı milliləri görmək istəyərdiniz?

- Fikrimcə, əgər Bakı qrupuna Portuqaliya millisi düşsə, yaxşı olardı. Nəzərə alsaq ki, mən hazırda Portuqaliyada oynayıram, bu millini Azərbaycanda görmək xoş olardı. Daha çox portuqaliyalının bizim paytaxtımıza gəlməsini, şəhərimizin və Bakı Olimpiya Stadionunun nə qədər gözəl olmasını görmələrini istəyərdim. Bundan əlavə, Bakıda Almaniya millisini görmək istəyərdim.

- Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində çıxışı barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, çoxları bizim oyunumuzu görüblər. Biz məğlubiyyətə layiq olmadığımız xeyli sayda yaxşı oyunlar keçirdik. Eyni zamanda bizə qarşı heç də zəif millilər oynamırdılar. Hazırda xeyli sayda millilər öz futbol səviyyələrini qaldırıblar və qitədə zəif komanda qalmayıb. Biz bütün oyunlara diqqətimizi cəmləməyə çalışırdıq, lakin heç də hər şey bizim istədiyimiz kimi alınmırdı. İndi biz 2022-ci il Dünya çempionatının seçmə mərhələsinə diqqətimizi cəmləməliyik. Bu seçmə mərhələdə ən yaxşı keyfiyyətlərimizi göstərməyə və daha yaxşı çıxış etməyə çalışacağıq.

- Klub səviyyəsində işləriniz necədir?

- Çox təəssüf ki, mən hələ ki meydanda çox az oluram. Lakin əgər mən ötən mövsüm Portuqaliyanın ikinci divizionunda çıxış edirdimsə, indi "Porto", "Benfika" kimi klubların çıxış etdiyi birinci liqada oynayıram. Eyni zamanda mənim hələ 20 yaşım var, ona görə meydanda olmaq üçün istənilən şansdan istifadə etməyə çalışıram. İngiltərənin "Vulverhempton" klubunun nümayəndələri daima mənimlə əlaqədədirlər. Ümid edirəm ki, yaxın gələcəkdə İngiltərə Premyer Liqasında oynaya biləcəyəm.

Əlaqədar

AVRO-nun rekordları və əsas statistikası
UEFA prezidenti "Puşkaş Arena"nın açılış mərasiminə qatılıb
Nikola Yurçeviç Azərbaycanda qalıb-qalmayacağından danışdı
Buz kimi Bakıda qızğın döyüş: Azərbaycan və Uels millilərinin oyunundan kadrlar