21:41 09 Dekabr 2019
Rusiya millisinin soyunub-geyinmə otağı

Rusiya millisi AVRO 2020-də Danimarka ilə Kopenhagendə qarşılaşacaq

© Powered by UEFA.com. ©Getty Images
Avro 2020
Qısa URL
11 0 0

Avropa Çempionatının iki ev sahibi olan ölkəsinin milliləri arasında qrup mərhələsinin oyunu Danimarkanın paytaxtında keçiriləcək

Futbol üzrə 2020-ci il Avropa Çempionatının qrup mərhələsində Rusiya millisi Danimarka ilə Kopenhagendə qarşılaşacaq.

AVRO-2020-nin reqlamentinə əsasən B qrupunun oyunları Sankt-Peterburq və Kopenhagendə keçiriləcək və ona görə bu qrupa avtomatik olaraq Danimarka və Rusiya milliləri düşməlidir. Hər iki milli qrup mərhələsinin iki oyununu öz meydanlarında - müvafiq olaraq Sankt – Peterburq və Kopenhagendə keçirəcəklər.

Bu millilərin qarşıdurmasında meydan sahibi bu gün UEFA-nın mənzil-qərargahında keçirilən püşkatma nəticəsində məlum olub.

Rusiya və Danimarka milliləri ilə yanaşı B qrupunda Belçika millisi də mübarizə aparacaq. Qrupun dördüncü iştirakçısı daha sonra məlum olacaq. Avropa Çempionatının final mərhələsinin püşkatması noyabrın 30-u Buxarestdə keçiriləcək.

AVRO 2020-nin oyunları 12 iyun -12 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək.