14:25 12 Dekabr 2019

AVRO-2020-nin püşkatması: ölüm qrupu, finlər Peterburqda və “Ukrayna sürprizi”

© Sputnik / Grigoriy Sysoev
Avro 2020
Qısa URL
19 0 0

Futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi şənbə günü Buxarestin mərkəzindəki iri sərgi mərkəzi olan ROMEXPO-da keçirilib.

Rusiya yığması B qrupu üzrə üç rəqibindən ikisini (Belçika və Danimarka milliləri) əvvəldən bilirdi, kvartetdə sonuncu yer finlərə qismət oldu.

AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində keçiriləcək: Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen, Roma və Sankt-Peterburq. Turnirin final hissəsində ikinci dəfə (birinci dəfə dörd il əvvəl) altı qrupa bölünmüş 24 komanda çıxış edəcək.

Hazırda təsnifat mərhələsindən AVRO-nun final hissəsinə çıxmış 20 komanda məlumdur: İtaliya, İsveçrə, Türkiyə, Uels, Belçika, Rusiya, Danimarka, Finlandiya, Ukrayna, Hollandiya, Avstriya, İngiltərə, Xorvatiya, Çexiya, İspaniya, Polşa, İsveç, Almaniya, Fransa, Portuqaliya.

Daha dörd vəsiqə gələn ilin mart ayında Millətlər Liqasının pley-off oyunlarında oynanılacaq. Onları qalibləri bu komandalar oal bilərlər: Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Gürcüstan, İsrail, İrlandiya, İslandiya, Kosovo, Norveç, Rumıniya, Şimali İrlandiya, Şimali Makedoniya, Serbiya, Slovakiya, Şotlandiya.

Püşkatma öncəsi vəziyyət

Rusiya və Danimarka ev sahibi ölkələr kimi əvvəlcədən hər ikisinin final mərhələsinə çıxacağı halda “cütlük” elan edilmişdilər. Əlavə püşkatma nəticəsində müəyyən edilmişdi ki, danimarkalılar AVRO-2020-nin qrup mərhələsinin hər üç oyununu Kopenhagendə oynayacaqlar, rusiyalılar isə Sankt-Peterburqda üç oyundan ikisini keçirəcəklər.

Birinci səbətdən yalnız Belçika komandası ilə düşə bilərdilər. Onlarla rusiyalılar seçmə turnirdə oynamışdılar (hər iki oyunda belçikalılar qalib gəliblər – 3:1 və 4:1). İtaliya, İngiltərə, İspaniya və Almaniya yığmaları turnir sahibləridirlər və digər qruplara düşüblər, ukraynalılarla rusiyalıları isə UEFA-nın qərarı ilə ayırıblar.

Rusiyalıların üçüncü rəqibi yalnız finlər və ya Uels ola bilərdilər, çünki Millətlər Liqasının pley-offunun  dörd kvartetindən heç birinin yolu B qrupu ilə kəsişmirdi (onlardan üçündə final turnirinin sahibləri oynayırlar, daha birində isə UEFA-nın qərarı ilə Rusiya millisi ilə görüşə bilməyən Kosovo).

Kasilyas finləri seçdi

Məşhir ispan qapıçısı İker Kasilyas “Uels” yazısı olan şarı çıxaranda aydın oldu ki, Rusiya millisinin  rəqini finlər olacaq. Kasilyasdan başqa püşkatmada bu futbolçular iştirak edtilər: alman Filipp Lam, danimarkalı Yon Sivebek, fransız Marsel Desayi, portuqal Rikardu Karvalyu, yunan Teodoros Zaqorakis, çex Karel Poborski, holland Ruud Qullit, italyan Françesko Totti və rus Andrey Arşavin.

Beləliklə, Rusiya yığmasının qrup mərhələsindəki oyunlarının təqvimi də müəyyənləşdi: iyunun 13-də Sankt-Peterburqda belçikalılarla, iyunun 17-də elə orada finlərlə və iyunun 22-də Kopenhagendə danimarkalılarla. “Əlbəttə, birinci belçikalılarla başlamamaq yaxşı olardı, lakin əladır ki, birinci iki oyun Sankt-peterburqda keçəcək və ora və geriyə getmək lazım gəlməyəcək”, - deyə RFİ-nin rəhbəri Aleksandr Dyukov bildirib.

“Belçika ilə başlamaq mənfidir, Danimarka ilə bitirmək mənfidir. Lakin iki mənfinin cavabı müsbətdir, məsələyə filosofcasına yanaşaq. Danimarka ilə oyun istənilən halda həlledici olacaq və biz onu səfərdə oynayırıq", - rusiyalıların baş məşqçisi Stanislav Çerçesov vurğulayıb.

Rusiya millisi müasir tariximizdə dörd dəfə finlərlə oynayıb və ümumi 15:1 hesabı ilə dörd qələbə qazanıb. "Biz püşkatmanın nəticələrindən razıyıq, - deyə finlərin baş məşqçisi Markku Kanerva bəyan edib. – Sankt-Peterburqda və Kopenhagendə bizim çoxlu sayda azarkeşlərimzi olacaq. Özümüzü evimizdəki kimi hiss edəcəyik".

Rusiya komandası hələlik baza və yoxlama oyunlarındakı rəqiblərlə müəyyənləşməyib. Finlər və belçikalılar isə artıq Sankt-Peterburqa məşq edəcəklərini elan ediblər “Yoxlama oyunları ilə bağlı püşkatmayadək bir ideya var idi, indi o dəyişir. Korrektələr etmək lazımdır”, - püşkatmadan sonra Çerçesov bildirib.

Polşa Futbol İttifaqının Baş katibi Matsey Savitski isə şənbə axşamı iyunun 2-də Rusiya yığması ilə yoldaşlıq görüşü keçirəcəklərini xəbər verib.

Ukrayna sürpriz hazırlayır?

Ukrayna yığmasının C qrupu üzrə rəqibləri Niderland, Avstriya və “Belarus/Gürcüstan/Kosovo/Şimali Makedoniya” kvartetinin qalibidir. "Avropa çempionatında asan komandalar olmur. Bu mürəkkəb qrupdur, lakin hesab edirəm ki, Ukraynanın bu qrupdan çıxmaq üçün yaxşı şansları var. Uğurlu seçmədən sonra aydındır ki, komandamız AVRO-da çoxlarına sürpriz edə bilər", - deyə ukraynalıların baş məşqçisi Andrey Şevçenko bildirib.

AVRO-2020-nin qrup mərhələsində görüşə bilməyən Rusiya və Ukrayna yığmalarının yolları nəzəri olaraq pley-offda kəsişə bilər. "Biz pley-offda Rusiya ilə görüşün mümkünlüyü barədə düşünmürük, bizim üçün mümkün qədər irəli getməkdir, orada artıq rəqiblərə baxacağıq", - Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Pavelko bildirib.

Mütəxəssislər F qruöuna “ölüm qrupu” adını veriblər. Bu qrupa hazırkı dünya çempionları fransızlar, hazırkı Avropa çempionları portuqallar, Almaniya və Bolqarıstan/Macarıstan/İslandiya/Rumıniya kvartetinin qalibi düşüblər.

“Bu ölüm qrupudur. Münhendəki oyunlar futbol festivalı olacaq. Gözləntilər böyük olacaq. Bizim gənc komandamız üçün bu ciddi çağırış, həmçinin böyük motivasiya olacaq. Bu təsnifatdakı qələbəyə görə ükafatdır”, - almanların baş məşqçisi Yoahim Löv deyib.

AVRO-nu İtaliya və Türkiyə açacaqlar

2020-ci il Avropa çempionatının qruplarının tərkibi tam olaraq belədir:

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə,

B qrupu: Danimarka, Belçika, Rusiya, Finlandiya,

C qrupu: Niderland, Ukrayna, Avstriya, D yolunun qalibi,

D qrupu: İngiltərə, Xorvatiya, C yolunun qalibi, Çexiya,

E qrupu: İspaniya, İsveç, Polşa, B yolunun qalibi,

F qrupu: A yolunun qalibi, Portuqaliya, Fransa, Almaniya.

UEFA-nın məlumatına görə, əgər İslandiya, Bolqarıstan və ya Macarıstan A yolunda qalib gəlsələr, F qrupuna çıxacaqlar; D yolunun qalibi C qrupuna düşəcək; əgər A yolunda Rumıniya qalib gəlsə, o, C qrupuna gedəcək; D yolunun qalibi F qrupuna düşəcək.

Avropa çempionatı iyunun 12-də Romada İtaliya və Türkiyə komandaları arasındakı oyun ilə açılacaq, qrup mərhələsi iyunun 24-də başa çatacaq. 1/8 finala hər qrupdan iki güclü komanda və üçüncü uerlərin dörd ən yaxşı sahibləri çıxırlar. Yarımfinallar və final Londonun “Uembli” stadionunda olacaq.

Bakı dörd oyunu qəbul edəcək: A qrupunda birinci mərhələnin üç oyununu 13, 17 və 21 iyunda, həmçinin dörddəbirfinallardan birini. Digər yarımfinallar Sankt-Peterburqda, Münhendə və Romada keçiriləcək. Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin və Kopenhagen yalnız səkkizdəbir finalın oyunlarını (qrup mərhələsinin oyunlarından başqq) qəbul edəcəklər.