12:34 07 Dekabr 2019
Uels millisinin baş məşqçisi Rayan Giqqz, arxiv şəkli

Rayan Giqqz: Bakıda AVRO-2020 üçün əla şərait yaradılıb

© AFP 2019 / GEOFF CADDICK
Avro 2020
Qısa URL
27 0 0

Uels komandasının baş məşqçisi Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı fikirlərini bölüşüb və seçmə mərhələdə Azərbaycan yığmasına qarşı son oyunu xatırlayıb.

BAKI, 2 dekabr – Sputnik, Teymur Tuşiyev. Futbol üzrə Uels milli komandasının üzvləri AVRO-2020-nin qrup mərhələsinin iki matçının Bakıda keçirilməsindən məmnundurlar. "Spotsmole.co.uk" saytı xəbər verir ki, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz deyib.

Giqqzin sözlərinə görə, Bakıda futbolçular üçün əla şərait yaradılıb.

Xatırladaq ki, noyabrın 30-u Rumıniyanın paytaxtı Buxarestdə baş tutmuş püşkatmanın nəticələrinə görə, Uels millisi "A" qrupunda yer alıb. Bu qrupun üç matçı Bakıda keçiriləcək. "A" qrupuna həmçinin İtaliya, Türkiyə və İsveçrə milliləri də düşüb. Uelslilər isveçrəlilərə (iyunun 13-ü) və türkiyəlilərə (iyunun 17-i) qarşı matçları Bakıda keçirəcəklər.

"Biz bu yaxınlarda Bakıda olmuşuq və səfərdən xoş təəssüratlar qalıb, çünki qələbə qazanmışdıq. Qrup mərhələsinin ilk iki oyununu Bakıda keçirəcəyik. Bakının AVRO-2020 zamanı bazamız olması potensialı var", - Giqqz deyib.

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin son turunda Uels komandası Bakıda Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edib.

"Komanda ilə görüşüb Bakıdakı şəraiti nəzərdən keçirəcəyik. Sonuncu dəfə orada olanda, şərait əla idi. Azərbaycan bizi öz doğmaları kimi qəbul edə bilər", - Giqqz deyib.

Məşqçi ümidvar olduğunu bildirib ki, Uelsin iyunun 21-i Romada keçirəcəyi qrup mərhələsinin sonuncu turunadək İtaliya komandası artıq turnirin pley-offuna çıxmış olacaq.

"Ümid edirəm ki, italiyalılar ilə qarşılaşmamızadək onların aktivində artıq altı xal olacaq və bizə qarşı ehtiyat oyunçuları buraxacaqlar", - Giqqz bildirib.

Qeyd edək ki, iyul 4-ü Bakının Olimpiya Stadionu həmçinin AVRO-2020-nin dörddəbir final oyununa da meydan sahibliyi edəcək.