12:57 29 Yanvar 2020
Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş

Şenol Günəş Bakıya gəldi

© REUTERS / UMIT BEKTAS
Avro 2020
Qısa URL
13 0 0

O, Tofiq Bəhramov adına Respublika stadionunda və "Qarabağ"ın bazasında olub. Onu Ağdam klubunun nümayandələri müşayiət ediblər

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Bakıya gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, səfərdə məqsəd "Avro-2020"nin Bakıda keçiriləcək oyunları ilə bağlı təlim-məşq toplanışı üçün otel və idman arenası ilə tanışlıqdır.

Şenol Günəş Tofiq Bəhramov adına Respublika stadionunda və "Qarabağ"ın bazasında olub. Onu Ağdam klubunun nümayandələri müşayiət ediblər.

Qeyd edək ki, Türkiyə yığma komandası "Avro 2020" seçmə mərhələsində "H" qrupunda mübarizə aparıb. 6 ölkə arasında Türkiyə ikinci yerə sahib olmaqla Avropa çempionatına vəsiqə qazanıb. A qrupunda mübarizə aparacaq ay-ulduzlular İtaliya, Uels, İsveçrə ilə mübarizə aparacaqlar. Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.

Əlaqədar

Sankt-Peterburqda AVRO-2020 üçün "Fan ID" mərkəzi açılıb
UEFA rəhbəri Avropa Liqası finalının Bakıda keçirilməsi haqda: "Bu, ayrı-seçkilikdir"
Azərbaycan millisinin üzvü həbs oluna bilər
Rayan Giqqz: Bakıda AVRO-2020 üçün əla şərait yaradılıb
UEFA AVRO-2020-nin Bakıdakı matçları üçün bilet satışına başlayır