AVRO-2020-nin pley-off oyunları. Bilməli olduğumuz hər şey

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidКубок чемпионов ЕВРО
Кубок чемпионов ЕВРО - Sputnik Azərbaycan
Abunə olmaq
Pley-off oyunları nə vaxt keçiriləcək? Kim kimə rəqib olacaq? AVRO-2020-yə neçə komanda çıxacaq? Rekordlar və statistika.

AVRO-2020-nin pley-off oyunları nədir?

Martda 16 komanda altı gün ərzində pley-off oyunlarında yeni formata uyğun olaraq AVRO-2020-nin final mərhələsinə aparan son dörd vəsiqə uğrunda mübarizə aparacaqlar. Martın 26-da səkkiz yarımfinal qarşılaşması keçiriləcək. Dörd gün sonra isə, yəni martın 31-də dörd final oyunu keçiriləcək.

Кубок чемпионата Европы по футболу 2020 года - Sputnik Azərbaycan
AVRO-2020-yə həsr edilmiş “İntellektual Kubok” təşkil olunacaq

Buna görə də martın 31-i gecə yarısına qədər final mərhələsinin 24 iştirakçının hamısının adını və AVRO-2020-nin qrup mərhələsinin tam təqvimini biləcəyik.

Kim kiminlə harada və nə vaxt oynayacaq?

Təqvim noyabrda baş tutmuş bir sıra püşkatmalardan sonra tərtib edilib. Adı birinci qeyd olunan komandalar evdə oynayır. Bu, finallara da aiddir. Yəni, Bolqarıstan-Macarıstan cütünün qalibi "A" yolunda həlledici qarşılaşmanın ev sahibi olacaq.

Pley-off yarımfinal oyunları

Cümə axşamı, martın 26-sı

"A" yolu: Bolqarıstan – Macarıstan, İslandiya – Rumıniya

Главный тренер сборной Италии Роберто Манчини - Sputnik Azərbaycan
Mançini: İtaliya komandası AVRO-da çox şeyə qadir olduğunu sübut etmək istəyir

"B" yolu: Bosniya və Herseqovina – Şimali İrlandiya, Slovakiya – İrlandiya

"C" yolu: Norveç – Serbiya (18:00 CET), Şotlandiya – İsrail

"D" yolu: Gürcüstan – Belarus (18:00 CET), Şimali Makedoniya – Kosovo

Pley-off final oyunları

Çərşənbə axşamı, martın 31-i

"A" yolu: Bolqarıstan/Macarıstan – İslandiya/Rumıniya

"B" yolu: Bosniya və Herseqovina/Şimali İrlandiya – Slovakiya/İrlandiya

"C" yolu: Norveç/Serbiya – Şotlandiya/İsrail

"D" yolu: Gürcüstan/Belarus – Şimali Makedoniya/Kosovo (18:00 CET)

Başqa vaxt göstərilmədiyi təqdirdə, bütün matçlar Mərkəzi Avropa Vaxtı (CET) ilə saat 20:45-də başlayacaq

Pley-off matçları ilk dəfə keçirilir?

Футболисты сборной Финляндии - Sputnik Azərbaycan
Teemu Pukki: AVRO-ya çıxış Finlandiya futbolu üçün böyük hadisə idi

Pley-off matçları son altı AVRO-nun beşində keçirilib. Hər şey AVRO-96 ilə başladı. Həmin vaxt Niderland və İrlandiya milli komandaları "Enfild" stadionunda keçirilmiş matçda final mərhələsinə vəsiqə uğrunda qarşılaşıblar. AVRO-2020-nin pley-off matçlarının tamamilə fərqli bir reqlamenti var. Tarixdə ilk dəfə olaraq komandalar birdən çox raunddan keçməlidirlər. Bundan başqa, komandalar ilk dəfə olaraq pley-off oyunlarına Avropa seçmə mərhləsindən deyil, UEFA Millətlər Liqasının nəticələrinə uyğun olaraq çıxıblar.

Pley-off oyunlarının iştirakçıları necə təyin olunub?

Avropa təsnifat mərhələsi başlamazdan əvvəl UEFA Millətlər Liqası qruplarının 16 qalibinin hər biri pley-off oyunlarına vəsiqəni təmin edib. Komanda AVRO-ya təsnifat mərhələsindən keçirsə, pley-off oyunlarında onun yerini həmin liqada ən yaxşı reytinqə malik olan növbəti komanda tutur. Liqada pley-off oyunları üçün dörd komanda toplanmadıqda, boş qalan yerləri Millətlər Liqası reytinqində aşağı liqalardan olan komandalar doldururlar.

Pley-off oyunlarının iştirakçıları qalib gələcəkləri təqdirdə finalda kiminlə qarşılaşacaqlarını bilirlərmi?

"B" və "C" yolları ilə gedən komandalar bilirlər ki:

• "B" yolunun qalibi İspaniya, İsveç və Polşa milli komandaları ilə birlikdə "E" qrupunda yer alacaq

• "C" yolunun qalibi İngiltərə, Xorvatiya və Çexiya komandaları ilə birlikdə "D" qrupunda yer alacaq

"A" və "D" yolları ilə bağlı vəziyyət nisbətən mürəkkəbdir.

Мишель Платини атакует ворота испанцев в финале ЕВРО-1984 - Sputnik Azərbaycan
AVRO-1984: Platini adına çempionat

"A" yolunun qalibi Rumıniya olarsa:

• Rumıniya "C" qrupunda Niderland, Ukrayna və Avstriya yığmaları ilə oynayacaq

• "D" yolunun qalibi "F" qrupunda Portuqaliya, Fransa və Almaniyanın milli komandaları ilə oynayacaq

"A" yolunun qalibi Bolqarıstan, Macarıstan və ya İslandiya olarsa:

• "A" yolunun qalibi "F" qrupunda Portuqaliya, Fransa və Almaniyanın milli komandaları ilə oynayacaq

• "D" yolunun qalibi "C" qrupunda Niderland, Ukrayna və Avstriya yığmaları ilə oynayacaq

AVRO-nun bu günə qədər oynanılmış bütün pley-off matçları

Фанаты сборной Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Millimiz AVRO-2020-nin iki iştirakçısı ilə qarşılaşa bilər

1996-cı il: İrlandiya – Niderland 0:2, "Enfild"

2000-ci il: Şotlandiya – İngiltərə 1: 2 (0:2, 1:0)

2000-ci il: İsrail – Danimarka 0:8 (0:5, 0:3)

2000-ci il: Sloveniya – Ukrayna 3:2 (2:1, 1:1)

2000-ci il: İrlandiya – Türkiyə 1:1 (1:1, 0:0, səfərdəki qol qaydasına görə Türkiyə qələbə qazanıb)

2004-cü il: Şotlandiya – Niderland 1:6 (1:0, 0:6)

2004-cü il: Xorvatiya – Sloveniya 2:1 (1:1, 1:0)

2004-cü il: Rusiya – Uels 1:0 (0:0, 1:0)

2004-cü il: Latviya – Türkiyə 3:2 (1:0, 2:2)

2004-cü il: İspaniya – Norveç 5:1 (2:1, 3:0)

2012-ci il: Türkiyə – Xorvatiya 0:3 (0:3, 0:0)

2012-ci il: Estoniya – İrlandiya 0:5 (0:4, 1:1)

2012-ci il: Çexiya – Monteneqro 3:0 (2:0, 1:0)

Сборная Турции по футболу, фото из архива - Sputnik Azərbaycan
Türkiyə yığması AVRO-2020-dən qabaq Azərbaycan komandası ilə oynayacaq

2012-ci il: Bosniya və Herseqovina – Portuqaliya 2:6 (0:0, 2:6)

2016-cı il: Ukrayna – Sloveniya 3:1 (2:0, 1:1)

2016-cı il: İsveç – Danimarka 4:3 (2:1, 2:2)

2016-cı il: Bosniya və Herseqovina – İrlandiya. 1:3 (1:1, 0:2)

2016-cı il: Norveç – Macarıstan 1:3 (0:1, 1:2)

Rekordlar və statistika

Pley-off oyunlarda ən çox qol vuranlar

3 - Zlatan İbrahimoviç (İsveç)

3 - Robbi Kin (İrlandiya)

3 - Yon Dal Tomasson (Danimarka)

3 - Rud van Nistelroy (Niderland)

3 - Con Uolters (İrlandiya)

İki matçın nəticəsində ən böyük qələbə

Игровой момент матча сборных Франции и Чехословакии - Sputnik Azərbaycan
AVRO-1976: sensasiyalar çempionatı

Danimarka – İsrail 8:0, 1999-cu il

Bir matçda ən böyük qələbə

Niderland – Şotlandiya 6:0, 2003-cü il

Ən məhsuldar iki matçlı qarşıdurma

Danimarka – İsrail 8:0, 1999-cu il

Bosniya və Herseqovina – Portuqaliya 2:6, 2011-ci il

Ən məhsuldar pley-off matçı

Portuqaliya – Bosniya və Herseqovina 6:2, 2011-ci il

Birinci qolun əhəmiyyəti 

Стадион Газпром Арена в Санкт-Петербурге - Sputnik Azərbaycan
AVRO-2020-nin Sankt-Peterburqdakı oyunlarına bilet qazan!

AVRO-nun 18 pley-off oyunundan 14-də qolu ilk vuran komanda qalib gəlib. 2004-cü ildən bəri bu həmişə belə olub. Aşağıdakılar istisnalardır:

2000-ci il: Sloveniya – Ukrayna 3: 2 (2:1, 1:1)

2000-ci il: İrlandiya – Türkiyə 1:1 (1:1, 0:0, səfərdəki qol qaydasına görə Türkiyə qələbə qazanıb)

2004: Şotlandiya – Niderland 1:6 (1:0, 0:6)

2004: İspaniya – Norveç 5:1 (2:1, 3:0)

İlk matçda məğlub olmuş, lakin pley-off oyununda qalib gəlmiş komanda

Yalnız bir komanda ilk matçda məğlub olduqdan sonra pley-off oyununda qələbə qazana bilib. Söhbət 2003-cü ildə Şotlandiyada 0:1 hesabı ilə məğlub olmuş, lakin evdə 6:0 hesablı qələbə qazanmış Niderland komandasından gedir.

Pley-off oyunlarında het-triklər

AVRO-nun pley-off oyunlarında yalnız bir oyunçu het-trik edə bilib. Rud van Nistelroy AVRO-2004-ün cavab pley-off oyununda şotlandları üç dəfə məyus edib və "narıncılara" 6:0 hesabı ilə qalib gəlməyə kömək edib.

Hər iki pley-off oyunlarının qalibləri

Сборная СССР 1972 года - Sputnik Azərbaycan
Yenə də ikinci: SSRİ komandasının AVRO-72-də "alman maşını" ilə qarşılaşması

İki matçlı qarşıdurmanın hər iki pley-off oyununda yalnız dörd komanda qələbə qazanıb (cəmi 17 belə oyun olub):

Danimarka (İsrailə qarşı, 1999-cu il)

İspaniya (Norveçə qarşı, 2003-cü il)

Çexiya (Monteneqroya qarşı, 2011-ci il)

Macarıstan (Norveçə qarşı, 2015-ci il)

AVRO-nun final mərhələlərində pley-off oyunlarının qalibləri

• Yarımfinalçılar: Niderland (2004-cü il), Portuqaliya (2012-ci il)

• Dörddəbir finalçılar: Niderland (1996-cı il), Türkiyə (2000-ci il), Çexiya (2012-ci il)

• 1/8 finalın iştirakçıları: Macarıstan (2016-cı il), İrlandiya (2016-cı il)

Xəbər lenti
0