23:04 22 Fevral 2020
AVRO-2020 rəsmi topu

AVRO-2020 oyunlarının biletlərini təkrar satmağa icazə veriləcək

© Powered by UEFA
Avro 2020
Qısa URL
13 0 0

UEFA bu yay keçiriləcək futbol üzrə Avropa çempionatının oyunları üçün biletlərin yenidən satılmasına rəsmi icazə verəcək

BAKI, 14 fevral — Sputnik. Futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına biletlərin təkrar satılması üçün rəsmi platforma fevralın sonunda istifadəyə veriləcək. Bu barədə UEFA-nın yaydığı məlumatda deyilir.

Bu platforma üzərindən biletin satışı gerçəkləşdiyi təqdirdə biletin ilkin alıcısı ödədiyi pulu geri ala biləcək.

Bir qədər öncə məlumat verilib ki, azarkeşlər AVRO-2020-nin oyunlarına bilet almaq üçün rekord sayda - təxminən 28.3 milyon ərizə veriblər. Bu sorğunun həcmi futbol üzrə Avropa çempionatlarında bilet əldə edilməsi üçün rekord sayılır.

2020-ci il Avropa çempionatı iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Tarixdə ilk dəfə olaraq turnirin final oyunları 11 dövlətin 12 şəhərində keçiriləcək. Qrup mərhələsinin üç oyunu və dörddəbir finallardan birini Bakı qəbul edəcək.

Əlaqədar

AVRO-2020-nin azarkeşləri rekord vurdular
Azərbaycanda U-23 millisi olmayacaq
Bakıya iki yüz min qonaq gələcək
Premyer Liqanın ən çox qazanan futbolçuları məlum oldu
Sankt-Peterburq AVRO-2020 paytaxtlarının turizm reytinqində liderdir