02:30 01 Aprel 2020
Belçika millisinin futbolçuları Eden Azar (solda) və Torqan Azar

"Kreativlik uşaqlıqdan qalmadır" - Azar qardaşları titul arzulayırlar

© Sputnik / Vladimir Astapkovich
Avro 2020
Qısa URL
2610

AVRO-2020-də Belçika Sankt-Peterburqa qayıdacaq. Bu dəfə - böyük turnirin favoritlərindən biri statusunda. Əvvəlki səfərə baxsaq, Azar qardaşları onun əsas kozırlarından biri olacaq.

AVRO-2020. Belçika yığmasının Avropa futbolunun orta səviyyəli millisi, "qırmızı şeytanlar"ın cəmi 3-4 oyunçusunun böyük klublarda çıxış etdiyi dövrlər arxada qalıb. 2014-cü ildəki dünya çempionatında belçikalı istedadların yeni nəsli özünü göstərdi. Orada onlar yeri gəlmişkən, Rusiya yığması ilə bir qrupda çıxış edirdilər. 2018-ci ilin yayında isə yalnız gələcək çempion Samuel Yumtitinin qolu tamamilə bərabər oyunda belçikalıları çempionatın finalına getməyə qoymadı. Onda Belçiak qəti olaraq top komanda statusunda möhkəmləndi və indi çempionluq uğrunda mübarizəyə başlamaq üçün ona ço tanış olan Peterburqa gedir. Ən azından onların bu titula dair iddiaları var.

Roberto Martinesin liderlərindən biri və əsas ulduzu hazırda Madrid "Real"ını təmsil edən yarımmüdafiəçi Eden Azar olaraq qalır, lakin son illərdə yığmada onunla yanaşı daha tez-tez bu ildən top-klub olan "Borussiya"da (Dortmund) yer alan kiçik qardaşı Torqan peyda olur. Qardaşlarıın cütlüyü AVRO-2020 təsnifatında Rusiyaya qarşı noyabrdakı səfər oyununda (1:4) özünü daha parlaq şəkildə göstərdi. Bir hissə ərazində qardaşlar birlikdə üç top vurdular. Birinci qolu kiçik Azar оGilyermenin qapısına böyük Azarın ötürməsi ilə vurdu. Təəssüf ki, Stanislav Çerçesovun yetirmələri həmin gecə onlara qarşı heç nə edə bilmədilər.

RİA Novosti Eden və Torqa Azar qardaşlarının UEFA mətbuat xidmətin ötən il verdikləri birgə müsahibənin franqmentini təqdim edir.

"Qardaş, AVRO-ya qələbə dalınca gedirik? – Heç olmasa, final dalınca"

"Bilirik ki, bizi Belçika futbolunun "qızıl nəsli" adlandırırlar, – Eden böyük qardaş kimi başlayır. – Bizim oyunçular həqiqətən çox yaxşıdırılar. Biz artıq nəs udmalıyıq? Bəli, Rusiyadakı dünya çempionatı biizm üçün çox yaxşı keçdi, lakin, təəssüf ki, insanların yaddaşında bu yox, Fransanın çempion olması qalacaq. Hər şey bizdən asılıdır. Təbii ki, bu AVRO-nu udmağa ümid edirik".

"Bizim hələ üzərində işləməli olduğumuz sahələr var, – Torqan əmindir. – Getdikcə daha çox oyunçumuz güclü çempionatların ciddi klublarında çıxış edir. Gənclər təcrübə yığırlar. Lakin yığmada qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında ehtiyatımız var. Biz bir yerdə daha çox oynasaq, daha güclü olacağıq. Yəqin ki, AVRO-nun bizim üçün uğurlu sayılması üçün finala çıxmaq lazımdır. Biz artıq dünya çempionarının yarımfinalında olmuşuq, indi növbəti addımı ataraq finala çıxmalıyıq, orada isə hər şey ola bilər. Ona görə də hesab edirəm ki, məqsədimiz finaldır.

Bir neçə ölkədə keçiriləcək turnirin unikal formatı xoşuma gəlir. Yaxşı ideyadır. Belə olanda daha çox insan oyunlara stadiondan baxa biləcək. Düzdür, əgər qrupdan çıxsaq, digər şəhərlərə getməli olacağıq, ancaq bizi heç kimi dünyanın o biri başına göndərmir, bütün oyunlar Avropada keçiriləcək və səfərlər uzun məsafəli olmayacaq. Məncə, belə AVRO hamının xoşuna gələcək".

"Bir-birimizi reflekslər səviyyəsində hiss edirik"

Azar ailəsi hətta Belçika üçün unikaldır. Ata, ana, dörd oğulun hamısı futbolçudur. Tyeri Azar Belçikanın ikinci divizionunun klubunda dayaq yarımmüdafiəçisi olub, onun həyat yoldaşı Karin daha böyük nailiyyətə imza atıb və qadınlar arasında çempionatın birinci divizionunda hücumçu olub. Hər ikisi övladlarının xatirinə karyeralarını başa vurublar.

Eden Azarın çoxdandır ki, tədqimata ehtiyacı yoxdur. Rusiyada keçirilən dünya çempionatında onda hələ "Çelsi"də çıxış edən futbolçu üç qol vuraraq "Real" üzrə gələcək tərəfdaşı xorvat Luka Modriçdən sonrakı yeri tutaraq ikinci ən yaxşı oyunçu kimi Gümüş top aldı. İkinci Azar ondan bir yaş balacadır, lakin o da artıq altıncı mövsümdür ki, alman bundesliqasında oynayır və bütün çempionatın ən yaxşı hücum edən oyunçularından biridir. Kilian öz qardaşlarından bir az geri qalır – onun artıq 24 yaşı var, ancaq hələ də vətənində "Serkl Brügge"nin heyətində çıxış edir. Dördüncü Azar da var - Etan. O, "Tübiz" klubunun buraxılış sinfindədir. Bütün qardaşları müxtəlif illərdə karyeralarını burada başlayıblar. Hələlik qardaşlar bir yerdə bir klubun heyətində çıxış etməyiblər (üç böyük qardaş "Çelsi" sistemində olublar, lakin londonluların heyətində yalnız Eden oynayıb), lakin bu, yığmanın heyətində baş verə bilər.

"Mənə qardaşımla oynamaq xoşdur, – Edenin yanında əyləşən Torqan etiraf edir. – Əvvəlcə birlikdə meydançada olmaq qəribə idi, lakin sonradan öyrəşirsən və o, digərləri kimi tərəfdaşına çevrilir. Yaxşı, ona daha çox ötürmə etməyə çalışıram, məncə, kənardan bu görünür! Bu, artıq refleks səviyyəsindədir, çünki biz uşaqlıqda həyətdə nə qədər top qovmuşuq. Onunla bir yerdə oynamağa şadam, ümid edirəm ki, bu mümkün qədər çox çıəkəcək".

"Əlbəttə, bütün bunlar mənim sayəmdədir, onun özü heç nə bacarmazdı! – Eden Azar zarafat edir. – Amam ciddi desək, mən yalnız bizim ikimiz yox, bütün ailəmizlə, valideynlərimiz və kiçik qardaşlarımızla fəxr edirəm. Bilirəm ki, tarixdə yığmada birlikdə çıxış edən qardaşları çox olub, lakin Torqanla bir yerdə dünya çempionatında olmağımızla çox qürur duyuram. Düzdür, o Rusiyadakı çempionatda çox az oynadı, lakin bizdə hər şey qabaqdadır".

"Biz bir-birimizi yaxşı hiss edirik, – estafeti Torqan qəbul edir. – Meydançada mövqelərimiz yanaşıdır və biz çox təmasda oluruq. Mən Edenin 14 yaşı olandan onun oyununu izləyirəm. Onun bütün üslubunu əzbər bilirəm – o nə istəyir, topu harada almağa can atır. Ona görə də onunla oynamaq mənə asandır. Məncə, bizim duet bir yerdə oynadıqca daha da güclənəcək".

"Ailədə kim qapıda dururdu? Torqan. Amma əslində növbə ilə idi"

"Əslində bi bir-birimizə heç vaxt məsləhət vermirik, – söhbətin sonunda Eden kiçik qardaşına sataşmağa son qoyur. – Mən ona necə oynamaq barədə göstəriş verməmişəm, Torqan futbolda özünə yolu özü açır. Əgər o məsləhət üçün müraciət etsə, əlbəttə ki, kömək edəcəyəm. Əgər səndən nəsə soruşmaq istəsəm, – Eden qardaşına tərəf çevrilir, – mən soruşacağam. Kilianla da eyni vəziyyətdir. Bizdə belə şey yoxdur: "Mən sənin böyük qardaşınam, ona görə də mənə qulaq as". Mənim öz karyeram var, Torqanın öz, Kilianın öz. Biz diqqətimizi işimizə yönəldirik".

Azar ailəsi həyətdə bir-birilərilə futbol oynayıbmı? Cavab: bəli, lakin bir nüans var. Onların hamısı oyunçudur, futbolu isə qapıçısız oynamaq olmaz.

"Yaxşı, etiraf edirəm – hamıdan çox qapıda mən dayanmışam, – Torqan təslim olur. – Lakin tezliklə başa düşdüm ki, qapıçı olmaq mənim sənətim deyil".

"Biz növbə ilə dayanırdıq, – Eden Azar mdaxilə edir. – Hamımız balaca idik, ona görə də qapıda dayanmaq çətin idi. Mən də tezliklə başa düşdüm ki, məndən qapıçı olmayacaq. Mənə elə gəlir ki, kreativlik, an yaratmağa cəhd, hücuma oynamaq – bütün bunlar oradan, ailə bağımızdan, qardaşlarım və əmim oğlanları ilə uşaq futbolundan gəlir. Biz əslində dörd nəfər deyilik, bizim çoxlu sayda əmimiz, dayımız, xalamız və bibimiz oğlanları var!"

Əlaqədar

Bilet probleminin həlli üçün AVRO-2020 stadionları servis mərkəzləri ilə təmin olunacaq
UEFA tarixləri müəyyən etdi: Azərbaycan və Türkiyə yığmaları nə vaxt oynayacaq?
Kristian Karambe: hər Avropa çempionatı xüsusidir
AVRO-2020-nin reqlamenti. Sizin bilmədiyiniz qaydalar
AVRO-2020-nin Bakıdakı oyunları biznes üçün geniş imkanlar yaradacaq