Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020 könüllülük proqramı: 37 mindən çox müraciət var

© © UEFA Simon Hofmann - UEFA/UEFA via Getty ImagesИспанский футболист Икер Касильяс
Испанский футболист Икер Касильяс - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciətlərin 88%-i ev sahibi şəhərlərin birində yaşayan insanlar tərəfindən edilib, 41%-i qadınlardan qəbul olunub

BAKI, 21 fevral — Sputnik. UEFA AVRO-2020 üzrə könüllülük proqramı yarış tarixində könüllülük üçün müraciətlərin ən yüksək sayı ilə yadda qaldı. 159 ölkədən 37,000-dən çox namizəd 12 ev sahibi şəhərlərin birində könüllü olmaq üçün müraciət ediblər.

Ümumilikdə, müraciətlərin 88%-i ev sahibi ölkələrdən birində yaşayan insanlar tərəfindən edilib və bu, onu bildirir ki, könüllülər turnirə əvəzsiz yerli bilikləri ilə töhfə verəcəklər və yarış zamanı azarkeşlərin elçisi olacaqlar. 

On iki ev sahibi ölkənin milli assosiasiyalarının bütün qitədə reklam kampaniyaları ilə məlumatlılığın artırılması da daxil olmaqla, UEFA AVRO-2020 turnirinin könüllülük proqramı üzrə işə götürmə kampaniyası rəsmi olaraq 2020-ci il yanvar ayının sonunda başa çatıb. 

UEFA AVRO-2020 tarixdə turnirin ən fərqli forması olacaq. UEFA Avropa Futbol Çempionatının 60 illik yubileyini qeyd etmək üçün turnirin Avropanın 12 şəhərinin ev sahibliyi ilə keçirilməsi faktı tədbirdə kömək edən 12,000 könüllü seçiminin də qitə boyu yayılacağını göstərir. 

© Powered by UEFA.comUEFA AVRO-2020 könüllülük proqramının infoqrafikası
AVRO-2020 könüllülük proqramı: 37 mindən çox müraciət var - Sputnik Azərbaycan
UEFA AVRO-2020 könüllülük proqramının infoqrafikası
“Bütün böyük idman tədbirlərində zəngin könüllülük ənənəsi olur və UEFA AVRO da heç vaxt istisna deyil. Nəticədə könüllülük üçün seçilən insanlar bu yay ömürdə bir dəfə olan unudulmaz bir təcrübəni yaşamaq imkanı əldə edəcəklər”, – deyə UEFA Tədbirləri üzrə Baş Direktor Martin Kallen bildirib.

Onun sözlərinə görə, "könüllülük vasitəsilə UEFA və hər bir ev sahibi şəhərdə olan yerli təşkilatçılar yerli əhaliyə dünyada ən böyük idman tədbirlərindən birinin və çox hallarda şəhərlərində təşkil olunmuş ən böyük futbol tədbirinin iştirakçısı olmaq şansını verir. Onlar gələcək peşələrində onlara kömək edəcək əvəzolunmaz bacarıqları öyrənməyə və qitənin müxtəlif ölkələrindən olan insanlarla uzun-müddətli dostluq əlaqələri yaratmağa nail olacaqlar".

Müraciət edənlərin 60%-dən çoxu 25 yaşdan kiçiklərdir və onlar könüllü olaraq dünyanın ən böyük idman tədbirlərindən birində kömək etmək üzrə birbaşa təcrübə qazanmaq üçün əla bir fürsət əldə edirlər. Müraciətlərin cəmi 41%-i qadınlardan qəbul olunub. Fransada keçirilən UEFA AVRO-2016 turnirindən əvvəl turnirdə könüllü olmaq üçün 22,000 müraciət daxil olmuşdu ki, bunun da 36% -i qadınlar idi.

UEFA AVRO-2020 üçün seçilən 12,000 könüllü onlara verilən xüsusi tapşırıqlar haqqında ətraflı məlumat alacaqlar. Martın əvvəlində xüsusi elektron təhsil platforması açılacaq və burada onlayn modullar onlara qarşılarında duran tapşırıqlara hazırlaşmaqda kömək edəcək. Turnirdən sonra könüllülər qazandıqları həyati bilik və təcrübədən həm futbol daxilində, həm də futboldan kənarda uzun-müddətli bir miras yaratmaq üçün istifadə edə biləcəklər.

KOBİA və AFFA arasında memorandum imzalanıb - Sputnik Azərbaycan
AVRO-2020-nin Bakıdakı oyunları biznes üçün geniş imkanlar yaradacaq

Qeyd edək ki, turnirin könüllülük proqramının iştirakçısı olmaq şansını əldən qaçıranlar üçün 12 ev sahibi şəhər həmçinin öz könüllülük təşəbbüslərini təklif edəcək.

AVRO-2020

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə bu ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

Oyunlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində, Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində, Londonda keçiriləcək final oyunu ilə bitəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə

17 iyun, saat 20:00
Türkiyə - Uels

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

4 iyul, saat 20:00
1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək və AVRO-2020-nin açılış oyunu da məhz bu arenada keçiriləcək – İtaliya və Türkiyə milliləri qarşılaşacaqlar.

Xəbər lenti
0