01:41 27 Noyabr 2020
Andre Şürrle, arxiv şəkli

Andre Şürrle Xavini ən yaxşı oyunçu hesab edir

© Sputnik / Aleksey Filippov
Avro 2020
Qısa URL
1210

Blits sorğumuzda iştirak etmiş hazırkı və karyerasını başa vurmuş futbolçular AVRO ilə bağlı 10 sualı cavablandırıblar

Futbol üzrə 16-cı Avropa Çempionatı bu qitə birinciliyinin tarixində ən qeyri-adi turnir olacaq. Bu il Avropa çempionları kuboku uğrunda ilk turnirdən düz 60 il ötür və həmin vaxtdan bəri çempionat çox dəyişib. Biz hazırkı ulduzların və hələ bu yaxınlaradək oyunları ilə milyonlarla azarkeşi məftun etmiş futbolçuların AVRO haqqında nə düşündüyünü öyrənməyə qərar verdik.

Bu gün suallarımıza dünya çempionu və Avropa Çempionatının bürünc mükafatçısı, hazırda Moskva "Spartak"ında oynayan Andre Şürrle cavab verir.

- Hansı yığma birinci Avropa Çempionatını qazanıb?

- SSRİ yığması (bu vaxt Şürrlenin yanında oturan klub yoldaşı Quus Til ona təəccüblə baxır. Görünür, hollandiyalı "gənclər" yığmasının yarımmüdafiəçisi üçün bu məlumat sürpriz oldu – red.).

- AVRO-2020-nin finalı hansı stadionda keçiriləcək?

- Londondakı "Uembli"də.

- Avropa Çempionatının tarixində ən yaxşı qapıçı kimdir?

- Manuel Noyer.

- AVRO-nun tarixində ən yaxşı müdafiəçi kimdir?

- Fabio Kannavaro.

- Bəs ən yaxşı yarımmüdafiəçi?

- Zinəddin Zidan.

- Ən yaxşı hücumçu?

- David Trezege.

- Ampluasından asılı olmayaraq Avropa Çempionatının tarixində ən yaxşı oyunçu kimdir?

- Xavi.

- Hazırda Avropanın ən yaxşı oyunçusu kimi hesab edirsiniz?

- Kilian Mbappeni.

- Avropa Çempionatı barədə ən yaxşı xatirəniz?

- Finalı "Uembli"də keçirilmiş AVRO-1996-da Almaniya yığmasının qələbəsi.

- Köhnə Dünya birinciliyinin hansı finalı tarixdə ən yaxşısıdır?

- 2008-ci ilin İspaniya-Almaniya finalı (həmin turnirin həlledici matçında ispanlar 1:0 hesabı ilə qalib gəliblər - red.).