00:51 27 Noyabr 2020
Serxio Ramos

AVRO-2020 iyunun 12-si başlayır. 100 gündən sonra!

© Powered by UEFA.com / ©AFP/Getty Images
Avro 2020
Qısa URL
3310

AVRO-2020-yə 100 qalmış biz milli komandanın heyətində 100 oyun keçirən oyunşuların siyahısını təqdim edirik. Bu futbolçuların rəqəmləri artırmaq şansı var

BAKI, 4 mart — Sputnik. AVRO-2020 iyunun 12-si başlayır. 100 gündən sonra!

AVRO-2020-yə 100 qalmış biz milli komandanın heyətində 100 oyun keçirən oyunşuların siyahısını təqdim edirik. Bu futbolçuların rəqəmləri artırmaq şansı var.

170: Serxio Ramos (İspaniya)

Futbol tarixində ən çox mükafat qazanan futbolçulardan biri və İspaniya millisinin kapitanı. AVRO-2020, Dünya Çempionatı 2010 və AVRO-2012-ni qazanan millinin aparıcı oyunçusu.

164: Kriştianu Ronaldu (Potuqaliya)

2003-cü ildə millidə debüt edən futbolçu komandada çıxışını dayandırmaq niyyətində deyil. Zədəyə görə final oyununda oynamasa da AVRO-2016-nın qalibidir. Növbəti qol onun milli komandanın heyətində vurduğu 100-cü qol olacaq. Əli Daenin dünya rekorduna isə cəmi 10 qol qalıb.

127: Luka Modriç (Xorvatiya)

Yüksək səviyyəli yarımmüdafiəçi. Onun üçün yadda qalan il 2018-ci il, Xorvatiya millisini dünya çempionatının yarımfinal mərhələsinə çıxardığı, turnirin ən yaxşı oyunçusu kimi "Qızıl topu" alması və UEFA versiyasına görə ilin ən yaxşı futbolçusu seçildiyi vaxt oldu.

© Powered by UEFA.com / ©AFP/Getty Images
Luka Modriç

121: Joau Moutinyo (Portuqaliya)

O, 2005-ci ildən bəri Portuqaliya millisində sakitcə işini görür. Cəsarətli və yaradıcı yarımmüdafiəçi hətta 33 yaşında olmasına baxmayaraq Fernando Santosun komandasında önəmli yer tutur.

118: Yan Vertonqen (Belçika)

Komanda böyük turnirlərə çıxmağa çətinlik çəkəndə milliyə dəvət olunan futbolçu belçikalıların qızıl nəslinin əsas müdafiəçisi olaraq qalır.

118: Sebastyan Larsson (İsveç)

Son on illiklərin ən məşhur isveçli futbolçusu Zlatan İbrahimoviçin olmasına baxmayaraq, Larsson həmişə milliyə kömək etməyə hazırdır və komanda oyunçusuna dair nümunədir.

116: Serxio Buskets (İspaniya)

AVRO-2008-ci ildə İspaniyanın qələbə qazanmasından sonra milliyə gəlib və uzun illərdir ki, onun əsas oyunçusudur. O, müdafiəyönümlü mərkəz yarımdüfəçiləri üçün yeni tələblər müəyyənləşdirdi. Sadəcə hər bir klubun arzusudur.

114: Huqo Loris (Fransa)

AVRO-2012-ci ildə Fransa çempionatının qalibi. AVRO-2016-ci qələbənin bir addımlığında dayanan Loris iki il sonra Rusiyada keçirilən dünya çempionatında qalib oldu.

112: Robert Levandovski (Polşa)

Nümunəvi mərkəz hücumçusu. Polşa yığması üçün istənilən digər oyunçudan üç dəfə çox (61) qol vurub. Polşalı azarkeşlər onun AVRO-2012-də, Varşavada vurduğu ilk qolunu ömürlük xatırlayacaqlar.

108: Yakub Blaşikovski (Polşa)

Oyun sayına görə Levandovskinin ən yaxın rəqibi. Blaşikovski millidə 21 qol vurub və çoxdandır ki, onun əsas oyunçusudur.

108: Pepe (Portuqaliya)

Heç kimdən çəkinməyən sərt mərkəz müdafiəçisi. Pepe AVRO-2016-da qalib gəlmiş Portuqaliya millisinin əsas oyunçularından biri olub.

108: Stefan Lixtştayner (İsveçrə)

İsveçrə yığmasının kapitanı və oyunların sayına görə onun gələcək rekordçusu. İsveçrədə keçirilən AVRO-2008 öncəsi əsas heyətin oyunçusu olub.

106: İvan Rakitiç (Xorvatiya)

AVRO-2008 təsnifatında əsas millinin heyətinə düşüb və o vaxtdan heyətdəki yerini qoruyur. DÇ-2018-in finalınadək gedə bilmiş komandanın əsas oyunçusu.

106: Eden Azar (Belçika)

Yəqin ki, Belçika yığmasının qızıl heyətinin ən istedadlı oyunçusudur. Oynadığı görüşlərin sayına görə yalnız Vertongendən, qollara (32) görə isə sadəcə Romelu Lukakudan geri qalır. İstənilən səviyyəli qarşılaşmada eyni həvəs və əzmlə oynayır.

105: Aksel Vitsel (Belçika)

Belçika yığmasının daha bir nümayəndəsi. Artıq on ildən çoxdur ki, əsas heyətdə müntəzəm surətdə meydana çıxır.

103: Corcio Kyellini (İtaliya)

Məşhur sələflərinə bənzəyən klassik italyan müdafiəçisi. Kyellini 16 ildir ki, yığmanın heyətində çıxış edir və getməyə də hazırlaşmır. Keçirdiyi oyun sayına görə cəmi altı futbolçudan geri qalır.

101: Emre Belözoğlu (Türkiyə)

Bu il yarımmüdafiəçinin 40 yaşı tamam olur. Türkiyə yığmasının heyətində artıq üçüncü onillikdr ki, çıxış edir. Komandanın kapitanı və ürəyidir.

Bu futbolçuların milliləri artıq AVRO-2020-yə çıxıblar. Aşağıda qeyd olunan oyunçuların komandaları isə pley-off görüşləri vasitəsilə turnirə vəsiqə qazana bilərlər:

120: Marek Hamşik (Slovakiya)

117: Stiven Devis (Şimali İrlandiya)

108: Bolaj Cucak (Macarıstan)

108: Qoran Pandev (Şimali Makedoniya)

108: Edin Ceko (Bosniya və Herseqovina)