09:16 10 Aprel 2020
2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı Skillzi Bakının mərkəzində

"Skillzi" Bakı küçələrində - FOTO

© Photo : Courtesy of Sanan Shafizade
Avro 2020
Qısa URL
29 0 0

2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı AVRO-2020-nin başlanmasına yüz gün qalmış Bakı küçələrini gəzdi, fristaylerlər isə ona yoldaşlıq etdilər

BAKI, 4 mart — Sputnik, Teymur Tuşiyev. 2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı "Skillzi" bu gün Azərbaycan paytaxtını gəzib.

Sputnik Azərbaycan-a bu barədə AVRO-2020-nin Bakıdakı təşkilat komitəsindən məlumat verilib. 

© Photo : Courtesy of Sanan Shafizade
2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı "Skillzi" Bakı Olimpiya Stadionunda

100 gündən sonra futbol üzrə Avropa çempionatı başlanır. AVRO-2020-nin rəsmi talismanı da elə öz səfərini bu günə həsr edib. Skillzi (ingilislərin skills - bacarıqlar sözündən götürülüb) keçmişdə peşəkar futbolçu, indi isə fristaylerlər olan Nuqzar Kvirtiya və Kader Alimovayla birlikdə şəhəri gəzib.

Skillzi Nizami küçəsindən başlayaraq Qız qalasına, Şirvanşahlar sarayına, Atəşgaha, Yanardağa və bir  neçə muzeyə baş çəkib. Yerli sakinlər qeyri-adi qonaqları maraqla qarşılayıblar.

  • 2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı "Skillzi" Bakının mərkəzində
    © Photo : Courtesy of Sanan Shafizade
  • Fristayler Nuqzar Kvirtiya Bakı küçələrində
    © Photo : Courtesy of Sanan Shafizade
  • 2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı "Skillzi" Bakının mərkəzində
    © Photo : Courtesy of Sanan Shafizade
  • Fristayler Nuqzar Kvirtiya Bakı küçələrində
    © Photo : Courtesy of Sanan Shafizade
  • 2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı "Skillzi" Bakı Olimpiya Stadionunda
    © Photo : Courtesy of Sanan Shafizade
1 / 5
© Photo : Courtesy of Sanan Shafizade
2020-ci il futbol üzrə Avropa çempionatının rəsmi talismanı "Skillzi" Bakının mərkəzində

Xatırladaq ki, AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonda keçiriləcək final oyunu ilə bitəcək.

AVRO-2020 çərçivəsində Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç matçını qəbul edəcək. Bu oyunlar Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun) və Türkiyə-İsveçrə (21 iyun) yığmaları arasında keçiriləcək. Eyni zamanda iyulun 4-nə təyin olunmuş dörddəbir final matçı da Bakıda olacaq.

Əlaqədar

AVRO-2020 iyunun 12-si başlayır. 100 gündən sonra!
Bakı Olimpiya Stadionu mayda AVRO-2020-yə hazır olacaq – Arenanın direktoru
Kevin de Brüyne: “Ümid edirəm, Belçika mükafat uğrunda mübarizə apara biləcək”
Kazbek Tuayev: AVRO-2020-nin Bakıdakı matçları Avropa Liqası finalını geridə qoyacaq
Tarixin izləri: Avropa futbol çempionatlarının ən yaxşı görüntüləri