00:15 27 Noyabr 2020
Avro-2020-nin kuboku, arxiv şəkli

UEFA eAVRO-2020 üçün təsnifat mərhələsi bu gün başlayır

© AP Photo / Peter Morrison
Avro 2020
Qısa URL
22 0 0

On qrupun qalibləri 16 komandanın iştirak edəcəyi final mərhələyə birbaşa vəsiqə qazanacaqlar. Turnirə son altı vəsiqə üçün isə ikinci yerlərdə qərarlaşan on komanda may ayında iki oyun günü ərzində pley-off oyunlarını keçirəcək

BAKI, 10 mart — Sputnik. Son olaraq iyulun 11-də, yəni “Uembli” stadionunda UEFA AVRO-2020-nin həqiqi finalının keçirilməsindən bir gün öncə kimin Avropa çempionu olacağını görmək üçün eAVRO-2020 təsnifat mərhələsində iştirak etmiş UEFA-nın 55 üzv milli assosiasiyaları ilə birgə Londona gedən yol məhz bu gün başlayır. 

55 ölkənin yarışdığı eAVRO-2020 turniri milli komandalar arasındakı indiyə qədərki ən böyük e-futbol yarışıdır. On qrupa bölünən komandalar bir-biriləri ilə “evdə” və “səfərdə” olmaqla iki oyun keçirəcəklər. Hər bir qarşılaşma iki birə-bir matçdan ibarət olur və yekun nəticəni iki matçın ümumi hesabı təyin edir. Təsnifat mərhələsinin oyunları mart ayının dörd bazar ertəsi günlərində oynanılacaq. 

On qrupun qalibləri 16 komandanın iştirak edəcəyi final mərhələyə birbaşa vəsiqə qazanacaqlar. Turnirə son altı vəsiqə üçün isə ikinci yerlərdə qərarlaşan on komanda may ayında iki oyun günü ərzində pley-off oyunlarını keçirəcək.

UEFA Tədbirləri üzrə Marketinq Direktoru Gi-Loran Epşteyn: "Biz milli assosiasiyalarımızın oyunçularına öz ölkələrini böyük səhnədə təmsil etmək şansını verdiyimiz üçün çox məmnunuq. Son bir neçə ildə biz e-futbolun populyarlığında kütləvi bir artım gördük və eAVRO-2020 bizə milli komanda futbolunun yeni və mövcud azarkeşləri ilə əlaqə qurmaq imkanı verir".

Milli assosiasiyalar eAVRO-2020-də onları təmsil edəcək komandaları əsasən onlayn turnirlər vasitəsilə seçdilər. Buna baxmayaraq, bəzi hallarda e-futbol mütəxəssisləri tərəfindən ölkənin ən yaxşı oyunçularının məşq üçün dəvət olunduqları və qiymətləndirildikləri təlim-məşq düşərgələri təşkil edildi. eAVRO-2020-yə seçim prosesi bir neçə milli assosiasiyanın e-futbol dünyasına ilk addımları idi. 

Turnir UEFA AVRO-2020 rəsmi video oyunlarının ən son yenilənməsini yenicə təqdim etmiş AVRO video oyunlarının lisenziyalaşdırılması üzrə rəsmi tərəfdaş olan “Konami” ilə birgə əsl UEFA AVRO mühitində keçiriləcək. E-futbol “PES 2020”yə bu yeniləmə 55 komandanın hamısını əhatə edəcək. 

eAVRO-2020 turnirinin qalibi olan komanda UEFA AVRO-2020 yarışının finalına biletlər və həmçinin pul mükafatı qazanacaq. Bəzi oyunlar UEFA-nın rəsmi “YouTube” kanalında canlı yayımlanacaq. 

  • eAVRO-2020 turnirinin cədvəli
    © Powered by UEFA.com
  • AVRO-2020-nin qrupları
    © Powered by UEFA.com
  • AVRO-2020-nin qrupları
    © Powered by UEFA.com
1 / 3
© Powered by UEFA.com
eAVRO-2020 turnirinin cədvəli

KİV üçün qeyd:

Qruplar və oyunlar haqqında əlavə məlumat əldə etmək və redaktorun istifadəsi üçün fotoları yükləmək məqsədilə, lütfən, aşağıdakı linkə daxil olun: https://uefa.box.com/v/eEURO2020Qualifiers

AVRO-2020

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə bu ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

Matçlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonda keçiriləcək final oyunu ilə bitəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00

Uels - İsveçrə

17 iyun, saat 20:00

Türkiyə - Uels

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

4 iyul, saat 20:00

1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək və AVRO-2020-nin açılış oyunu da məhz bu arenada keçiriləcək – İtaliya və Türkiyə milliləri qarşılaşacaqlar.

Əlaqədar

İngiltərə Premyer Liqasında əl sıxmaq qadağan edildi
"Skillzi" Bakı küçələrində - FOTO
Bakı Olimpiya Stadionu mayda AVRO-2020-yə hazır olacaq – Arenanın direktoru
Kevin de Brüyne: “Ümid edirəm, Belçika mükafat uğrunda mübarizə apara biləcək”
Kazbek Tuayev: AVRO-2020-nin Bakıdakı matçları Avropa Liqası finalını geridə qoyacaq