02:12 31 Mart 2020
Avro-2020-nin loqosu, arxiv şəkli

AVRO 2020-yə çıxmaq uğrunda pley-off oyunları təxirə düşüb

© REUTERS / ANTON VAGANOV
Avro 2020
Qısa URL
5 0 0

Futbol üzrə Avropa çempionatının final mərhələsinə çıxmaq üçün son dörd vəsiqənin sahibləri 2020-ci il iyunun əvvəlində məlum olacaq.

BAKI, 17 mart - Sputnik. Mart ayına nəzərdə tutulmuş AVRO 2020-nin pley-off oyunları və yoldaşlıq görüşləri iyunun əvvəlinə keçirilib. Bu barədə Sputnik Azərbaycan UEFA-ya istinadən məlumat verir.

UEFA martın 17-də məlumat yayıb ki, koronavirusla bağlı vəziyyətə görə AVRO 2020 12 ay təxirə salınır və 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

"AVRO 2020-nin final mərhələsinə çıxmaq uğrunda pley-off oyunları və martın sonuna planlaşdırılan beynəlxalq yoldaşlıq görüşləri 2020-ci il iyunun əvvəlində keçiriləcək", – məlumatda deyilir.

Avropa çempionatına çıxmaq uğrunda yarımfinallarda oynayacaqlar:

А yolu
İslandiya - Rumıniya

Macarıstan - Bolqarıstan

В yolu
Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

С yolu
Şotlandiya - İsrail

Norveç - Serbiya

D yolu
Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Dünyada bu virusa yoluxanların sayı 182 mini, ölənlərin sayı isə 7 mini keçib.