Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA AVRO-2020 ilə bağlı UEFA-ya təsdiq göndərdi

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidТабло обратного отсчета до чемпионата Европы по футболу 2020
Табло обратного отсчета до чемпионата Европы по футболу 2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək.

BAKI, 17 aprel — Sputnik. UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Xəbər lenti
0