19:22 20 Oktyabr 2020

İslandiya yığması Rumıniyaya qalib gələrək AVRO-2020-yə çıxmaq şanslarını qoruyub

© AFP 2020 / HARALDUR GUDJONSSON
Avro 2020
Qısa URL
15 0 0

Futbol üzrə İslandiya yığması Avropa çempionatında çıxış etmək uğrunda pley-off oyunlarının yarımfinalında Rumıniyanı məğlub edib.

Reykyavikdə keçirilmiş qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Gilfi Siqurdsson iki top vurub (16-cı və 35-ci dəqiqələrdə), qonaqlardan Aleksandru Maksim fərqlənib (63, penalti).

İslandlar AVRO-2020-nin pley-off mərhələsinin finalında Macarıstanla qarşılaşacaqlar. Macarlar öz növbələrində Bolqarıstana qalib gəliblər - 3:1. Oyun noyabrın 12-də keçiriləcək.

Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib.