22:15 27 Oktyabr 2020

Serbiya millisi norveçliləri məğlub edərək AVRO-2020 uğrunda pley-offda finala yüksəlib

© AFP 2020 / FREDRIK VARFJELL
Avro 2020
Qısa URL
9 0 0

Futbol üzrə Serbiya millisi Avropa çempionatına çıxmaq üçün pley-off mərhələsinin yarımfinalında əlavə vaxtda Norveç komandasına qlaib gəlib.

Osloda keçirilmiş oyun 2:1 hesabı ilə başa çatıb. Qonaqlarıln heyətində Sergey Milinkoviç-Saviç dubla imza atıb (82-ci və 102-ci dəqiqədə), meydan sahiblərinin heyətində Matias Normann fərqlənib (88).

Serbiya yığması AVRO-2020-yə çıxmaq uğrinda Şotlandiya ilə mübarizə aparmalı olacaq. Şotlandiya yığması bu mərhələdə İsrailə penalti seriyasında qalib gəlib - 5:3 (əsas vaxt - 0:0).

Digər yarımfinalda Kosovo yığması Şimali Makedoniyaya məğlub olub - 1:2. İndi Şimali Makedoniya vəsiqə uörunda mübarizədə Gürcüstanla qarşılaşacaq.

Bu görüşlər noyabrın 12-də keçiriləcək.

Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib.