19:16 20 Oktyabr 2020

Slovakiya futbolçuları AVRO-2020-yə çıxmaq uğrunda daha bir mərhələni keçiblər

© AFP 2020 / VLADIMIR SIMICEK
Avro 2020
Qısa URL
11 0 0

Slovakiya futbolçuları Avropa çempionatına çıxmaq üçün pley-off mərhələsinin yarımfinalında penaltilərdə İrlandiya komandasına qlaib gəliblər.

Bratislavada keçirilmiş örüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında Slovakiya qalib olub - 4:2, həlledici qolu Yan Qrequş vurub.

AVRO-2020-nin təsnifat mərhələsinin pley-offunun finalında noyabrın 12-də Slovakiya millisi Şimali İrlandiya ilə qarşılaşacaq. Şimali İrlandiya digər yarımfinalda penaltilərdən Bosniya və Herseqovinaya qalib gəlib - 4:3 (oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə qurtarıb).

Futbol üzrə Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib.