02:47 20 Oktyabr 2020
Almaniya millisinin oyunçuları

Almaniya millisinin futbolçuları Millətlər Liqasında Ukrayna yığmasına qalib gəldilər

© AFP 2020 / SERGEI SUPINSKY
Avro 2020
Qısa URL
14 0 0

Turnirin startında iki heç-heçə edən Yoahim Lövün yetirmələri ilk qələbəsini qazanaraq qrupda ikinci yerə yüksəlib.

Almaniya millisinin futbolçuları Millətlər Liqasının qrup mərhələsində Ukrayna yığmasına qalib gəldilər.

A liqasının 4 qrupunun Kiyevdə baş tutan oyun 1:2 hesabı ilə bitib. Almaniya komandasının qollarını Mattias Ginter (20-ci dəqiqə) və Leon Qoretska (49-cu dəqiqə) vurublar. Ukrayna millisində Ruslan Malinpvski (77, penalti) fərqlənib.

Bu qrupun digər oyununda İspaniya millisi evdə İsveçrə komandasını 1:0 hesabıyla məğlub edib. Qolu Mikel Oyarsabal (14-cü dəqiqə) vurub.

Andorra millisi evdə Malta yığması ilə qarşılaşıb. D liqası 1 qrupunun oyununda hesab 0:0 olub.