18:55 20 Oktyabr 2020
Futbolçular, arxiv şəkli

Millətlər Liqasında Latviya millisi Farer adalarının yığması ilə heç-heçə etdi

© AP Photo / Petros Karadjias
Avro 2020
Qısa URL
11 0 0

UEFA-nın Millətlər Liqasındakı oyunlarda Farer adalarının komandası ilk dəfə olaraq qələbə qazana bilmədi

Millətlər Liqasında Farer adalarının qonağı olan Latviya millisi heç-heçə oynayıb. 

Şənbə günü Farerdə, Torshavn şəhərində keçirilən D liqasının 1 qrupunun oyunu 1:1 hesabı ilə bitib. Farer adaları Millətlər Liqasının hazırkı mərhələsində ilk dəfə olaraq xal itirib. O, 7 xalla qrupun birincisidir. Aktivində 3 xalı olan Latviya millisi isə ikinci pillədədir, onlar bütün oyunları heç-heçə oynayıblar.

D liqasının 2 qrupunun oyunlarında Cəbəlüttariq ardıcıl ikinci qələbəsini qazanıb. Lixtenşteynə 1:0 hesabı ilə qalib gələn Cəbəlüttariq 6 xalla qrup lideridir, 3 xalı olan Lixtenşteyn isə ikinci pillədədir.