04:35 23 Oktyabr 2020

UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"

© Sputnik / Stringer
Avro 2020
Qısa URL
5910

UEFA Prezidenti vurğulayıb ki, təşkilat siyasi məsələlərdən uzaq durmağa çalışır, lakin vəziyyətin inkişafını izləyir.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Aleksander Çeferin ümid etdiyini bildirib ki, Qarabağdakı hərbi münaqişə tezliklə sülh yolu ilə həll olunacaq.

"Düzünə qalsa, biz bu münaqişəni izləyirik. Bu, bir neçə həftə əvvəl başlayıb, ona görə bizim üçün bu yeni bir haldır. Biz detallara xüsusi olaraq varmamışıq. Biz idman təşkilatıyıq, siyasi təşkilat deyilik, ona görə də biz siyasi mübarizəyə qoşulmaq istəmirik. Bu çox kədərli vəziyyətdir və mən ümid edirəm ki, tezliklə hər şey sülh yolu ilə həll olunacaq", - Sportschau-nun məlumatına görə, Çeferin bildirib.