15:40 29 Oktyabr 2020

Ukrayna yığması Millətlər Liqasının oyununda İspaniyaya qalib gəlib

© REUTERS / GLEB GARANICH
Avro 2020
Qısa URL
25 0 0

Qarşılaşmada yeganə qolu ikinci hissədə oyuna çıxdıqdan 10 dəqiqə sonra fərqlənmiş Viktor Tsıqankov vurub.

Futbol üzrə Ukrayna yığması UEFA Millətlər Liqasının görüşündə İspaniya komandası üzərində qələbə qazanıb.

Oktyabrın 13-də Kiyevdə keçirilmiş A Liqasının dördüncü qrupunun oyunu 1:0 hesabı ilə ukraynalıların xeyrinə başa çatıb. Yeganə qolu 76-cı dəqiqədə Viktor Tsıqankov vurub.

Andrey Şevçenkonun komandası altı xalla qrupda üçüncü yerdədir, İspaniya millisi yeddi xalla qrup lideridir.