04:16 23 Oktyabr 2020

Almaniya yığması Millətlər Liqasında İsveçrə ilə görüşü heç-heçə başa vurub

© REUTERS / WOLFGANG RATTAY
Avro 2020
Qısa URL
14 0 0

Oyunun gedişində 0:2 və 2:3 hesabları ilə geridə olan Yoahim Lövün komandası turnirin builki qarşılaşmalarında ilk məğlubiyyətdən yaxa qurtara bilib.

Almaniya millisinin futbolçuları UEFA Millətlər Liqasının oyununda İsveçrə komandası ilə heç-heçə oynayıblar.

A Liqasının dördüncü qrupunun oktyabrın 13-də Kölndə keçirilmiş qarşılaşması 3:3 hesabı ilə başa çatıb. İsveçrə yığmasının tərkibində Mario Qavranoviç (5-ci və 56-cı dəqiqələr) və Remo Froyler (26) fərqləniblər. Almaniya komandasında qolları Timo Verner (28), Kay Xavers (55) və Serj Qnabri (60) vurublar. İkinci hissəyə əlavə olunmuş vaxtda qonaqların oyunçusu Fabian Şer meydançadan qovulub.

Madridin "Real" klubunun yarımmüdafiəçisi Toni Kroos üçün bu oyun Almaniya yığmasının heyətində 100-cü olub.

Dörd oyundan sonra Almaniya yığması altı xal yığıb və qrupda ikinci yeri tutur. İspaniya millisi yeddi xalla liderdir. Üçüncü yerdə Ukrayna (6 xal), dördüncü yerdə isə İsveçrədir (2).

UEFA Millətlər Liqasının C Liqasının birinci qrupunun oyununda Lüksemburq yığması səfərdə Monteneqroya qalib gəlib - 2:1. Bu qrupda Lüksemburq doqquz xalla liderdir, eyni xal toplamış Monteneqro ikincidir. Üçüncü yeri Azərbaycan (4), dördüncünü isə Kipr (1) tutur.