00:52 25 Oktyabr 2020

Rusiya futbolçuları Millətlər Liqasının görüşündə Macarıstanla heç-heçə oynayıblar

© Sputnik / Grigoriy Sysoyev
Avro 2020
Qısa URL
9 0 0

Stanislav Çerçesovun başçılıq etdiyi komanda UEFA Millətlər Liqasının B Liqasının 3-cü qrupunda birinci yeri tutur.

Futbol üzrə Rusiya yığması Millətlər Liqasının qrup mərhələsində Macarıstan komandası ilə heç-heçə oynayıb.

Dünən Moskvada "Dinamo" stadionunda keçirilmiş B Liqasının üçüncü qrupunun görüşü 0:0 hesabı ilə başa çatıb.

Dörd turdan sonra Rusiya yığması 8 xalla qrup lideridir, macarlar onlardan bir xal geri qalırlar. Növbəti oyunu Rusiya səfərdə noyabrın 15-də Türkiyə ilə keçirəcək.