Millətlər Liqasında Türkiyə və Serbiya millilərinin oyununda qalib müəyyən olunmayıb

© AFP 2023 / OZAN KOSE Игровой момент матча Турция - Сербия
 Игровой момент матча Турция - Сербия - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşılaşmanın gedişində 0:2 hesabı ilə geridə olan Türkiyə millisi iki qol vuraraq məğlubiyyətdən yaxa qurtara bilib.

Türkiyə futbolçuları Millətlər Liqasının qrup turnirində öz meydanlarında Serbiya komandası ilə heç-heçə oynayıblar.

Rusiya yığmasının B Liqasının üçncü qrupu üzrə rəqiblərinin İstanbulda keçirilən görüşü 2:2 hesabı ilə başa çatıb. Türklərin heyətində Hakan Çalhanoğlu (57-ci dəqiqə) və Ozan Tufan (76) fərqləniblər. Qonaqlarda topları Sergey Milinkoviç-Saviç (22) və Aleksandar Mitroviç (49, penaltidən) fərqləniblər. Oyunun sonlarında türklər azlıqda qalıblar, Burak Yılmaz meydançadan qovulub.

Türkiyə yığması dörd turdan sonra 3 xal yığıb, Serbiya komandasının 2 xalı var. Rusiya millisi qrup lideridir (8 xal).

Digər oyunların nəticələri:
B Liqası

Bolqarıstan - Uels - 0:1.

Dördüncü qrupda vəziyyət: 1. Uels (10), 2. Finlandiya (9), 3. İrlandiya (2), 4. Bolqarıstan (1);

Norveç - Şimali İrlandiya - 1:0,

Rumıniya - Avstriya - 0:1.

Birinci qrupda vəziyyət: 1. Avstriya (9), 2. Norveç (9), 3. Rumıniya (4), 4. Şimali İrlandiya (1);

Slovakiya - İsrail - 2-3,

Şotlandiya - Çexiya - 1:0.

İkinci qrupda vəziyyət: 1. Şotlandiya (10), 2. Çexiya (6), 3. İsrail (5), 4. Slovakiya (1).

Xəbər lenti
0