03:08 23 Oktyabr 2020

İtaliya və Niderland millilərinin görüşündə qalib müəyyən olunmayıb

© AFP 2020 / MARCO BERTORELLO
Avro 2020
Qısa URL
3 0 0

Futbol üzrə İtaliya yığması Millətlər Liqasının qrup turnirində ev oyununda Niderland komandası ilə heç-heçə oynayıb.

A Liqasının birinci qrupunun Berqamoda keçirilmiş görüşü 1:1 hesabı ilə qurtarıb. Lorenso Pelleqrinin (16-cı dəqiqə) qoluna qonaqlar Donni van de Bekin (25) dəqiq zərbəsi ilə cavab veriblər.

Bu qrupun digər oyununda Polşa yığması Bosniya və Herseqovinanı darmadağın edib - 3:0. Dörd turdan sonra qrupda polyaklar liderlik edirlər (yeddi xal), İtaliya millisi ikinci yerdədir (6), sonrakı yerləri Niderland (5) və Bosniya və Herseqovina (2) tuturlar.

A Liqasının üçüncü qrupunun oyunlarının nəticələri:

Portuqaliya - İsveç - 3:0,

Xorvatiya - Fransa - 1:2.

Turnir cədvəli: 1. Portuqaliya (10), 2. Fransa (10), 3. Xorvatiya (3), 4. İsveç (0).