08:34 27 Oktyabr 2020

Belarus yığması Qazaxıstan millisini məğlub edərək qrup liderliyinə yüksəlib

© REUTERS / DZIANIS KASTSIUCHENKA
Avro 2020
Qısa URL
8 0 0

UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununda Belarus millisi Qazaxıstan komandasını məğlub edib.

C Liqasının dördüncü qrupunun Minskdə keçirilmiş qarşılaşması 2:0 hesabı ilə bitib. Qolları Yevgeni Yablonski (36-cı dəqiqə) və Roman Yuzepçuk (90+3) vurublar.

Dörd turdan sonra yeddi xal toplamış Belarus millisi qrup lideri olub. İkinci yerdə Litva, üçüncü yerdə isə Albaniya qərarlaşıb. Onların hərəyə 5 xalları var. 4 xal toplamış Qazaxıstan sonuncu yerdədir.

C Liqasında digər oyunların nəticələri:

Yunanıstan - Kosovo - 0:0,

Moldova - Sloveniya - 0:4,

Üçüncü qrupdə vəziyyət: 1. Sloveniya (10), 2. Yunanıstan (8), 3. Kosovo (2), 4. Moldova (1);

Şimali Makedoniya - Gürcüstan - 1:1,

Estoniya - Ermənistan - 1:1,

İkinci qrupda vəziyyət: 1. Şimali Makedoniya (6), 2. Gürcüstan (6), 3. Ermənistan (5), 4. Estoniya (2).