Futbol üzrə Macarıstan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Noyabrın 12-də pley-off oyununda macarlar doğma Budapeştdə İslandiya millisi üzərində əzmli qələbə qazanıblar - 2:1. Meydan sahiblərində qolları Loik Nero (88-ci dəqiqə) və Dominik Soboslai (90+2) vurublar. İslandlarda Qilfi Siqurdsson (11) fərqlənib.
Macarıstan yığması pandemiya səbəbindən 2021-ci ilə keçirilmiş AVRO-2020-də F qrupunda Fransa, Almaniya və Portuqaliya komandalrı ilə qarşılaşacaq.