15:37 24 Noyabr 2020

Slovakiya millisi AVRO-2020-nin final mərhələsinə vəsiqə əldə edib

Getty powered by UEFA
Avro 2020
Qısa URL
35 0 0

Şkrinyarın 88-ci dəqiqədə öz qapısına vurduğu top olmasa idi, slovaklar məsələni hələ oyunun əsas vaxtında həll edə bilərdilər.

Futbol üzrə Slovakiya yığması Avropa çempionatının final mərhələsinə çıxıb.

Noyabrın 12-də pley-off qarşılaşmasında slovaklar Belfastda əlavə vaxtda Şimali İrlandiya yığmasına qalib gəliblər - 2:1. Slovakiyalılarda Yuray Kutska (17-ci dəqiqə) və Mixal Düriş (110) fərqləniblər. Milan Şkrinyar isə 88-ci dəqiqədə topu öz qapısına vurub.

Pandemiya səbəbindən 2021-ci ilə keçirilmiş AVRO-2020-nin final mərhələsində Slovakiya millisi E qrupunda Polşa, İspaniya və İsveç komandaları ilə oynayacaq.

 

Əlaqədar

İlham Əliyev: "Atəşkəs məsələsi müzakirə mövzusu ola bilməz"
Paşinyan "Facebook"dan növbəti səfərbərlik elan etdi
Prezident: Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır
Azərbaycan MN: Hadrutda taborun şəxsi heyəti döyüş mövqelərini tərk edərək qaçıb
Gəncədə yaralanan erməni əsilli qadın: "Münaqişədən sonra da buranı tərk etməmişəm"