15:57 28 Noyabr 2020

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyən olundu

Getty powered by UEFA
Avro 2020
Qısa URL
46 0 0

AVRO-2020-yə son dörd vəsiqə Şimali Makedoniya, Şotlandiya, Macarıstan və Slovakiya yığmalarına qismət olub.

Pandemiya səbəbindən 2020-ci ildən 2021-ci ilə keçirilmiş futbol üzrə Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyən edilib.

Noyabrın 12-də final mərhələsinə çıxmaq uğrunda pley-off oyunları keçirilib. Şimali Makedoniya, Macarıstan, Slovakiya və Şotlandiya komandaları AVRO-2020-yə düşən sonuncu yığmalar olublar.

Qrupların yekun tərkibi belədir:

А qrupu – İtaliya, İsveçrə, Türkiyə, Uels;

В qrupu - Belçika, Danimarka, Finlandiya, Rusiya;

С qrupu – Avstriya, Niderland, Ukrayna, Şimali Makedoniya;

D qrupu – İngiltərə, Xorvatiya, Çexiya, Şotlandiya;

E qrupu – Polşa, İspaniya, İsveç, Slovakiya;

F qrupu – Fransa, Almaniya, Portuqaliya, Macarıstan.

AVRO-2020 ötən ilin yayında Avropanın 12 şəhərində keçirilməli idi. Pandemiya səbəbində turnir 2021-ci il 11 iyun - 11 iyul aralığında keçiriləcək. Oyunları Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidirlər. Hər iki yarımfinal və finaloyunları Londonun "Uembli" stadionunda olmalıdır. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu və 1/4 finalın bir görüşü keçirilməlidir.