06:20 18 May 2021
Sankt-Peterburq Arena stadionu, arxiv şəkli

AVRO-2020: Polyakların oyunlarının Peterburq və Sevilyada keçiriləcəyi təsdiq edilib

© Sputnik / Руслан Шамуков
Avro 2020
Qısa URL
9 0 0

Polşa yığması E qrupunda seçmə oyunları iyunun 14-də Slovakiya, iyunun 19-da İspaniya və iyunun 23-də isə İsveç yığmasına qarşı keçirməlidir

BAKI, 23 aprel — Sputnik. Polşanın futbol üzrə yığmasının Bilbao və Dublin şəhərlərində keçirilməli olan oyunları Sankt-Peterburq və Sevilya şəhərlərinə keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Polşa Futbol İttifaqının rəhbəri Zbiqnev Bonek bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburq və Sevilya şəhəri EURO-2020 çərçivəsində əlavə oyunlara ev sahibliyi edəcəklər.

"Sevilya və Sankt-Peterburqda – rəsmən! Qarşıda hələ çox iş var. Biz əvəlcə düşərgədən başlayırıq, sonra isə daşınmalar və logistika", - deyə Bonek öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, Polşa komandası E qrupunda İspaniya, İsveç və Slovakiya komandalarına qarşı yarışacaq.

Oyunların keçirilməsinin nəzərdə tutulduğu Bilbao şəhəri bu hüquqdan tamaşaçıların iştirakı ilə oyun keçirə biləcəyinə dair zəmanət verə bilmədiyi üçün məhrum olub. "New York Times"-ın əməkdaşı Tarik Pəncə öz "Twitter" səhifəsində Dublin şəhərinin də eyni səbəblərdən turnirin oyunlarına ev sahibliyi edə biməyəcəyini bildirib.

Xatırladaq ki, qrup mərhələsində Bilbao və Dublin şəhərlərində hərəsində 3 oyun və 1/8 finalda hərəsində 1 oyun keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, Polşa yığması E qrupunda seçmə oyunları iyunun 14-də Slovakiya, iyunun 19-da İspaniya və iyunun 23-də isə İsveç yığmasına qarşı keçirməlidir.