19:18 15 May 2021
Avro-2020-nin kuboku Romada, arxiv şəkli

EURO-2020-nin əsas mükafatı Bakıya nə vaxt gətiriləcək?

© Fabio FRUSTACI / ANSA / AFP
Avro 2020
Qısa URL
11 0 0

Ötən həftə mükafat Romada (İtaliya) olub və Kolizeydə nümayişə çıxarılıb. Aprelin 30-dan mayın 1-nə qədər kubok Budapeştdə (Macarıstan) olub. Kubokun növbəti dayanacağı Bakıdır, bundan sonra isə mükafat mayın 11-də Kopenhagenə (Danimarka) aparılacaq.

BAKI, 3 may — Sputnik, Teymur Tuşiyev. EURO-2020 futbol çempionatının kuboku Bakıya mayın 7-də gətiriləcək. Sputnik Azərbaycan Avropa Futbol Federasiyaları İttifaqının saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası üzündən bu ilə keçirilmiş EURO-2020 çempionatı ərəfəsində əsas mükafat turnirinin turu keçirilir – Anri Delone kuboku isə qitə birinciliyinin təşkilatçısı olan şəhərlərə yollanıb. Mükafat Azərbaycan paytaxtına mayın 7-də gətiriləcək və mayın 8-nə qədər Bakıda qalacaq.

Davam edən koronavirus pandemiyası ilə əlaqədar olaraq Bakıda kütləvi tədbirlərin keçirilməsi planlaşdırılmır. Mükafatın şəhərimizə gətirilməsi ilə bağlı bütün tədbirlər onlayn formatda təşkil olunacaq. Qeyd olunur ki, EURO-2020-nin təşkil olunacağı şəhərlərdə Anri Delon kuboku həmin şəhərlərin görməli yerlərində nümayiş olunacaq. Azərbaycan paytaxtında mükafatın hara aparılacağı hələ məlum deyil.

Xatırladaq ki, ötən həftə mükafat Romada (İtaliya) olub və Kolizeydə nümayişə çıxarılıb. Aprelin 30-dan mayın 1-nə qədər kubok Budapeştdə (Macarıstan) olub. Kubokun növbəti dayanacağı Bakıdır, bundan sonra isə mükafat mayın 11-də Kopenhagenə (Danimarka) aparılacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda Avropa Çempionatının dörd oyunu keçiriləcək ki, onlardan da üçü "A" qrupunda İsveçrə - Uels (12 iyun), Uels - Türkiyə (16 iyun) və Türkiyə - İsveçrə (20 iyun) oyunlarıdır. Daha bir oyun isə iyulun 3-də ¼ final mərhələsində keçiriləcək qarşılaşma olacaq.