01:57 21 İyun 2021
İspaniya millisi və Lids Yunayted klubunun müdafəçisi Diyeqo Lorente (ağ formada) və Sauthempton komandasının yarımmüdəfiəçisi Natan Tella, arxiv şəkli

İspaniya millisində daha bir koronavirusa yoluxma halı aşkar olunub

© Dan Mullan / Pool via AP
Avro 2020
Qısa URL
11

İspaniya millisi Avropa çempionatının qrup mərhələsindəki ilk oyununda Sevilyada İsveç millisi ilə qarşılaşmalıdır.

BAKI, 9 iyun — Sputnik. Futbol üzrə İspaniya yığma komandasının müdafiəçisi Diyeqo Lorentenin koronavirus testinin nəticələri müsbət çıxıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, futbolçu bütün tibbi protokollara riayət edərək artıq İspaniya millisinin təlim məşq bazasını tərk edib.

Xatırladaq ki, bir müddət əvvəl Pireney yarımadası komandasının daha bir üzvünün – Serxio Busketsin koronavirusa yoluxması barədə xəbər yayılıb.

AVRO-2020 oyunlarına hazırlaşan komandanın oyunçuları artıq məşqləri fərdi qaydada davam etdirirlər.

Qeyd edək ki, İspaniya millisi Avropa çempionatının qrup mərhələsindəki ilk oyununda Sevilyada İsveç millisi ilə qarşılaşmalıdır.

Eləcə də oxuyun:

  • AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlar - FOTO

  • AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

  • Rusiya və Ukrayna komandaları AVRO-2020-də qarşılaşa bilərmi?