UEFA rəhbəri Çeferin AVRO-2020 öncəsində azarkeşlərə müraciət edib

© Sputnik Stringer / Mediabanka keçidПрезидент УЕФА Александер Чеферин
Президент УЕФА Александер Чеферин - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
UEFA prezidenti qeyd edib ki, futbol istənilən ölkənin vətəndaşlarını öz milli komandaları ətrafında birləşməsində mühüm rol oynayır.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Avropa çempionatı öncəsi azarkeşlərə müraciət edib.

"Milli komandaların futbolu Avropa idmanında xüsusi yer tutur. Bu milli identikliyin həyati vacib mənbəyidir və təşkilləndirici amildir, çünki ölkə azarkeşlərini öz milli yığmaları uğrunda birləşdirir. Sonsuz sayda oyunçular milli komandalarının futbolkasını geyinərkən keçirdikləri fəxarət hissindən və komanda uğur qazandıqda həmvətənlərinə hədsiz sevinc gətirdiklərindən danışırlar", - Çeferin deyib.

"AVRO-2020 pandemiyaya görə planlaşdırıldığından bir il gec keçirilir. Birlik və həmrəylik ruhu futbolun ümumi rifah naminə fəaliiyət göstərdiyi halda nəyə nail olmağa mümkün olduğunu göstərir. Turnirin oyunları özlərindən sonra gözəl oyun həvəskarlarının heç vaxt unutmayacaqları çoxsaylı gözəl anlar qoyacaqlar. AVRO-2020 futbol üzrə Avropanın 60 illiyi şərəfinə layiqli bayram olacaq. AVRO0dan həzz alın və qoy güclü qalib gəlsin", - Çeferin əlavə edib.

Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınmış AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək. İtaliya və Türkiyə yığmaları arasında açılış oyunu cümə günü Romada olacaq.

Xəbər lenti
0