Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020-nin açılış oyununda İtaliya və Türkiyənin start heyətləri məlum olub

© Powered by UEFA.com TIZIANA FABI / Powered by Getty Images/UEFAБолельщик сборной Италии по футболу
Болельщик сборной Италии по футболу - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Avropa çempionatının İtaliya və Türkiyə milliləri arasında açılış qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

İtaliya və Türkiyə yığmaları futbol üzrə Avropa çempionatının açılış oyunu üçün start heyətlərini açıqlayıblar.

UEFA-nın saytındakı məlumata əsasən, İtaliya yığmasında ilk dəqiqələrdən meydana çıxacaqlar: Canluici Donnarumma (qapıçı), Corcio Kyellini, Leonardo Spinatsolla, Manuel Laokatelli, Jorjinyo, Lorenso İnsinye, Domeniko Berardi, Çiro İmmobile, Nikolo Barella, Leonardo Bonuççi, Alessandro Florensi.

Türkiyə millisinin start heyəti: Uğurcan Çakır (qapıçı), Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Kenan Karaman, Hakan Çalxanoğlu, Yusuf Yazıcı, Umut Meraş, Burak Yılmaz.

A qrupunun oyunu cümə günü Romada Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbər lenti
0