01:12 20 İyun 2021
Romada Avro-2020-nin açılış mərasimi

Romada AVRO-2020-nin açılış mərasimi keçirilib

Andrew Medichini - Pool / Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
609

Koronavirus pandemiyası üzündən bir il təxirə salınmış futbol üzrə Avropa Çempionatı açıq elan olunub.

Türkiyə və İtaliya komandaları arasında qarşılaşma öncəsi Romanın Olimpiya stadionunda AVRO-2020-nin açılış mərasimi keçirilib. Mərasimdə qonaqları İtaliya yığmasının tərkibndə 2006-cı ildə dünya çempionu olmuş, bütün karyerası boyu yerli Roma komandasında oynamış Françesko Totti və onun millidə komanda yoldaşı olmuş Alessandro Nesta salamlayıblar. Bundan əlavə tamaşaçılar İtaliya hərbi hava qüvvələrinin "Frecce tricolori" pilotaj qrupu təyyarələrinin uçuşuna və İtaliya dövlət polisi ansamblının çıxışına tamaşa ediblər. Daha sonra meydanda AVRO-2020-nin iştirakçılarını tərənnüm edən 24 iri hava şarı görünüb.

Bundan əlavə, stadionda dünya şəhrətli italiyalı opera müğənnisi Andrea Boçelli "Turandot" operasından (Cakomo Puççini) Nessun dorma ariyasını ifa edib.

Təntənəli açılış mərasimi çərçivəsində məşhur dicey və prodüser Martin Harrikslə U2 qrupunun üzvləri Bono və Ec virtual olaraq AVRO-2020-nin himnini – "We Are The People" mahnısını ifa ediblər. Mahnının müəllifləri də elə həmin bu üç şəxsdir.

Türkiyə və İtaliya yığmaları arasında oyun Bakı vaxtı ilə saat 23.00-da başlanıb.

Pandemiya üzündən təxirə salınmış AVRO-2020 iyunun 11-dən iyulun 11-ə qədər Avropanın 11 şəhərində keçiriləcək. Rusiya yığmasının turnirdə ilk çıxışı şənbə günü Sankt-Peterburqda Belçika komandasına qarşı olacaq.