02:09 19 İyun 2021
İtaliya komandasının futbolçuları Türkiyənin qapısına vurduqları qolu qeyd edirlər

Türkiyə millisi AVRO-2020-nin açılış oyununda İtaliya komandasına məğlub oldu

© Powered by UEFA.com / MIKE HEWITT - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
1778

Cümə günü İtaliya paytaxtında keçirilmiş A qrupunun oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

İtaliya yığması futbol üzrə Avropa çempionatının açılış oyununda Türkiyə komandası üzərində böyük hesabla qələbə qazanıb.

Türkiyə yığmasının qapısına ilk topu italyanların əvəzindən türk müdaifiəçi Merih Dəmiral (53-cü dəqiqə) vurub. Daha sonra  Çiro İmmobile (66) və Lorentso İnsinye (79) fərqləniblər.

Qarşılaşma zamanı Avropa çempionatları tarixində ilk dəfə olaraq hakimlərə videokömək sistemindən (VAR) istifadə olunub. Videoassistentlər birinci hissənin sonlarında Türkiyə millisinin cərimə meydançasında mümkün əl ilə oyunu nəzərdən keçiriblər, lakin qayda pozuntusu qeydə alınmayıb.

İtaliya və Türkiyə yığmalarının A qrupu üzrə rəqibləri - Uels və İsveçrə komandaları şənbə günü Bakıda qarşılaşacaqlar. Növbəti turda italyanlar iyunun 16-da Romada isveçrəlilərlə görüşəcəklər, türklər isə həmin gün Bakıda uelslilərlə oynayacaqlar.