05:41 27 İyul 2021
İtaliya millisinin müdafiəçisi Spinatsollar (solda)

İtaliyanın müdafiəçisi Spinatsolla AVRO-2020-nin açılış oyunun ən yaxşı oyunçusu olub

Valerio Pennicino - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
9 0 0

İtalyan futbolçu məhsuldar ötürmə ilə fərqlənib və komandasına Türkiyə üzərində qələbə qazanmaqda kömək edib.

İtaliya yığmasının futbolçusu Leonardo Spinatsolla Avropa çempionatının Türkiyəyə qarşı açılış oyununun ən yaxşı futbolçusu hesab edilib. Bu barədə UEFA-nın saytında məlumat verilir.

İtaliya millisi cümə günü Romada Türkiyə millisini 3:0 hesabı ilə darmadağın edib. Spinatsolla 66-cı dəqiqədə Çiro İmmobileyə məhsuldar ötürmə edib və sonuncu türklərin qapısına ikinci topu vurub.

Spinatsolla "Roma"nın heyətində çıxış edir. Hazırkı mövsümdə müdafiəçi "Roma"nın heyətində bütün turnirlərdəki 39 oyunda iki qol vurub, səkkiz məhsuldar ötürmə edib.