21:51 30 İyul 2021
Bakı Olimpiya Stadionunda Uels-İsveçrə matçında oyun epizodu

AVRO-2020-nin Bakıdakı ilk matçı sülhlə bitdi

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
32 0 0

AVRO-2020-nin Bakı Olimpiya stadionunda keçirilən birinci oyunu bərabərliklə nəticələnib, İtaliya yığması isə birinci turdan sonra "A" qrupunun liderinə çevrilib.

BAKI, 12 iyun — Sputnik. Bakı Olimpiya stadionunda AVRO-2020 qrup mərhələsində Uels və İsveçrə yığmaları arasında keçirilən oyunda qalib müəyyən olunmayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Oyunda hər iki qol ikinci hissədə vurulub. İsveçrə komandasında Brel Embolo (49-cu dəqiqə), Uels yığmasında isə Kiffer Mur (74-cü dəqiqə) seçiliblər.

Oyunu stadionda 8782 tamaşaçı izləyib.

Beləliklə, "A" qrupunda İtaliya komandası 3 xalla liderdir. Uels və İsveçrə yığmalarının hərəyə 1 xalı var. Sonuncu yerdə isə Türkiyə millisidir.

Bu qrupda növbəti oyunlar iyunun 16-da keçiriləcək, Uels yığması Türkiyə millisinə qarşı, isveçrəlilər isə italyanlara qarşı oynayacaqlar.

Teqlər:
hesab, futbol, İsveçrə, Uels, Bakı Olimpiya Stadionu, Bakı, AVRO-2020