03:39 06 Avqust 2021
Uels millisinin hücumçusu Kiffer Mur

Mur: Turnir nöqteyi-nəzərindən isveçrəlilərlə heç-heçə Uels yığmasını qane edir

Dan Mullan - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
5 0 0

Kiffer Mur hələ birinci taymda başından zədə alsa da, meydanı tərk etmədi və komandasına vacib olan bir xalı qazanmaqda kömək etdi.

Uels millisinin futbolçuları Avropa çempionatında İsveçrə komandası ilə əldə etdiyi heç-heçədən razı qalıblar, bu, uelslilərin hücumçusu Kiffer Murun zənnincə, turnir perspektivləri nöqteyi-nəzərindən müsbət məticədir. 

Şənbə günü Bakıda keçirilən A qrupunun İsveçrə-Uels oyunu 1:1 hesabı ilə bitib. Mur Uels komandasının cavab qolunun müəllifi olub.

 

"Şəxsən mən oyunun nəticəsindən razıyam. Biz bir xal götürdük, mən qol vurdum. Əlbəttə, bu gün qalib gəlmək əla olardı, ancaq heç-heçə də turnir nöqteyi-nəzərindən vacibdir - Mur jurnalistlərə deyib. - Hesabda uduzan komanda olmaq həmişə pisdir, ancaq biz cavab qolu vurub heç-heçə nəticəni oyunun sonunadəık qoruya bildik. Hesab edirəm ki, bizim üçün müsbət haldır. Ağır idi, ancaq biz bu turniri gözləyirdik, indi də burada oyundan həzz alırıq. Qol - mənim üçün vacib məqamdır. Mən doğrudan da xoşbəxtəm".