15:13 20 Sentyabr 2021
Danimarka millisinin futbolçusu Kristian Erikssen meydanda huşunu itirib

Danimarka millisinin futbolçusu Kristian Erikssen AVRO-2020-nin oyununda huşunu itirib

© REUTERS / WOLFGANG RATTAY
Avro 2020
Qısa URL
7 0 0

Danimarka və Finlandiya millilərinin oyunu dayandırılıb, həkimlər Erikssenə reanimasiya yardımı göstərirlər. 

AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Danimarka-Finlandiya oyunu dayandırılıb. Danimarka millisinin futbolçusu Kristian Erikssen meydançada huşsuz vəziyyətdədir, həkimlər reanimasiya tədbirləri görürlər. 

 

"Bütün dualarımız Kristian Erikssen, Danimarka millisi və İtaliya "İnter"i ilədir. Ümid edirik ki, hər şey keçər", - Rusiya millisinin Twitter hesabında qeyd olunub. 

Rusiya millisinin da çıxış edəcəyi B qrupunda keçirilən oyun şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib.