15:18 20 Sentyabr 2021
AVRO-2020-nin Danimarka-Finlandiya matçında həkimlər Danimarka millisinin huşunu itirən futbolçusu Kristian Eriksseni meydandan çıxarırlar

Reuters: Eriksseni AVRO-2020 oyununda meydandan çıxaranda əlini qaldırdı

© AFP 2021 / FRIEDEMANN VOGEL
Avro 2020
Qısa URL
57 0 0

Reuters agentliyinin fotoqrafı bildirib ki, həkimlər danimarkalı Kristian Eriksseni özünə gətirməyi bacarıblar.

Avropa çempionatının Danimarka-Finlandiya oyunu zamanı meydandan çıxarılıb aparılarkən danimarkalı futbolçu Kristian Erikssen əlini qaldırdı.

Bunu Reuters özünün fotoqrafının məlumatına istinadən yayıb.

 

Rusiya millisinin də yer aldığı B qrupunun oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər oyunçuya ilkin yardım göstəriblər, ürəyin bilvasitə masajını ediblər. Sonra futbolçunu tribuna altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər. 

Reuters öz fotoqrafına istinadən bildririr ki, meydandan çəxarılanda Erikssen əlini qaldırıb.