03:05 06 Avqust 2021
Uels və İsveçrə millilərinin futbolçuları oyundan sonra

Qan, VAR və müdafiə: Uels və İsveçrə yığmaları AVRO-2020-yə heç-heçədən başladılar

Valentin Ogirenko - Pool - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
9 0 0

Oyunun favoriti İsveçrə millisi hesab olunurdu. Uels millisinin tərkibində isə AVRO-2016-nın yarımfinal oyununun iştirakçıları Aron Remsi və Qaret Beyl var.

 

BAKI, 12 iyun — Sputnik. Şənbə günü Bakı Olimpiya stadionunda keçirilmiş oyun 1:1 (0:0) hesabı ilə başa çatıb. İsveçrəlilər 49-cu dəqiqədə Brel Embolonun vurduğu qoldan sonra irəli çıxıblar. Uelslilər isə 74-cü dəqiqədə Kiffer Murun vurduğu qoldan sonra bərabərliyi bərpa ediblər.

Türklərin gəlişini gözləyən şəhər

Bakı Avropa çempionatını qızmar günəş və 30 dərəcəlik isti ilə qarşılayıb. Yəqin ki, bu, AVRO-2020-nin xüsusiyyətlərindən biridir – Sankt-Peterburqda insanlar yağışdan qorunmağa çalışdığı halda, London sakinləri buludların arxasından günəşi sezməyə çalışırdılar. Azərbaycan paytaxtında isə insanlar dənizdə çimir, qaralır və demək olar ki, futbol barədə düşünmürdülər.

Şəhər çempionata minnətdardır. Turnirlə bağlı olaraq burada sonuncu karantin məhdudiyyətləri də aradan qaldırılıb, insanlar hətta məscidlərə və dini ehramlara gedə bilirlər. Metro, mağazalar və idman zalları da açılıb. Çempionat dövründə Bakıda həyat öz axarı ilə davam edir və istirahət günləri adətən ictimai nəqliyyat işləmədiyi halda, turnirlə bağlı olaraq hətta Olimpiya stadionuna insanları daşıyan əlavə avtobuslar da xəttə buraxılıb.

© Sputnik / Murad Orujov
İsveçrəli azarkeşlər Bakı Olimpiya Stadionunun qarşısında

Yarış ilə bağlı olaraq sərhəd keçmə məsələləri də sadələşdirilib, xüsusilə də İsveçrə, Uels və Türkiyə azarkeşləri üçün. Viza alaraq oyunlara getmək xeyli asanlaşıb, lakin təcrübə göstərir ki, Qərb azarkeşləri bu imkanlardan istifadə etməyə tələsməyiblər. Şəhərdə hətta oyun günü də yalnız kiçik qruplarla gəzən İsveçrə və Uels fanatlarını görmək mümkün idi, onların da bir hissəsi şəhərin görməli yerlərinə tamaşa edirdilər.

Hər şey bu cürdür: nə britaniyalı azarkeşlərin AVRO-2016-da olduğu kimi barları "mühasirəyə" alması görünür, nə də İsveçrə gənclərinin rəngbərəng maskaradı gözə çarpır. Lakin artıq bir neçə gün sonra hər şey dəyişəcək: Azərbaycan paytaxtına türk fanatları təşrif buyuracaqlar ki, onlar da yəqin ki, yerli əhali ilə birlikdə hökmən səs-küy salacaqlar (Bakıda bir milyona qədər türk yaşayır). Türkiyəni burada sevirlər və dostlarının yolunu gözləyirlər. Pandemiyanı müəyyən çətinliklərlə geridə qoymuş Bakı sahibkarları İstanbul və digər qardaş şəhərlərdən qonaqları gözləyir.

Sarğılı baş və qol

Türkiyə millisinin oyununa maraq oyunlara satılan biletlərin statistikasından da görünür. Bir həftə əvvəl çempionatın Bakıda keçiriləcək ilk oyununa 6 min bilet satılmışdısa, ikinci və üçüncü oyunlara bundan üç dəfə çox bilet satılıb. Oyunlara az qalmış isə, yerlilərin dediyinə görə, bilet artıq qalmayacaq. Azərbaycanda da Rusiyada olduğu kimi, insanlar bütün işlərini ən axıra saxlayırlar. İsveçrə Uels oyununa gələnlər, demək olar ki, stadionun yarısını doldurmuşdular. Belə ki, koronavirus üzündən Olimpiya stadionuna onun tutumunun 50%-i qədər insan buraxılır.

© Sputnik / Murad Orujov
Bakı Olmpiya Stadionunda Uels-İsveçrə matçının izləyən azarkeşlər.

Oyunun favoriti İsveçrə millisi hesab olunurdu. Düzdür, Uels millisinin tərkibində AVRO-2016-nın yarımfinal oyununun iştirakçıları Aron Remsi və Qaret Beyl var. Amma "Yuventus"un yarımmüdafiəçisi mövsümün sonunu oynamayıb və AVRO-2020-yə optimal formada gəlməyib. "Tottenhem"in hücumçusu isə artıq beş il əvvəlki kimi oynaya bilmir və daha, məsələn, Rusiya millisi kimi komandanı təkbaşına udmağa qadir deyil. Bundan əlavə komandada yenilənmələr də çoxdur. Komandanın baş məşqçisi Rayan Giqqzin vəzifəsindən dava-dalaşla uzaqlaşdırılması, son yoldaşlıq görüşlərində komandanın qol vurmaması, bütün bunlar ümumilikdə olan problemlərdən xəbər verir.

İsveçrəlilər isə, əksinə, Avropa çempionatına yaxşı əhvali-ruhiyyədə gəliblər. Komandanın lideri Qranit Caka hazırda "Roma" ilə müqavilə imzalamaq üçün danışıqlar aparır. Odur ki, təkcə milli komanda üçün deyil, elə müqavilədəki rəqəmlər naminə də özünü fəda etməyə hazırdır. Vladimir Patkeviçin komandası səlis və bir-birini anlayaraq oynayan futbolçulardan ibarətdir. Demək olar ki, komandanın elə eyni heyəti qrup mərhələsini 2016-cı ildə adlamışdı. Odur ki, proqniozlarda Uels komandasının qrupda dördüncü yerə layiq görülməsi gölənilən idi. İsveçrəni isə futbol ekspertləri ya ikinci, ya da üçüncü yerdə görürdülər, lakin Pley-off mərəhələsinə adlayacağını bildirirdilər.

Uelslilər daha çox hücuma hesablanmış "4-3-3" sxemi ilə təəccübləndirdilər. Burada Remsi və Beyl sağ cinahda oynamalı idilər. Əslində isə oyun daha çox meydana eyni vaxtda beş müdafiəçi ilə çıxmış isveçrəlilərin ssenarisi üzə keçdi.

Keçilməz müdafiə xətti, topa daha çox nəzarət, sürətli hücumların olmaması və nəticədə qapıya tuş gələn cəmi iki zərbə, amma necə zərbə!

Fabian Şer fantastik qola imza ata bilərdi, amma son anda Uelsin qapıçısı Denni Uord dabanı ilə topu qaytara bildi. Bundan bir neçə dəqiqə əvvəl Yan Sommer də Kiffer Murun vurduğu zərbədən sonra qapı tirinin altından topu çıxarmağı bacardı və bununla komandasını qoldan xilas etdi. Bu iki məqam və Beylin ifasında uğursuz aşırma olmasa idi, Bakıdakı azarkeşləri yuxu aparardı.

Amma azarkeşləri fasilədən sonra yaxşı kompensasiya gözləyirdi. İkinci hissədə tamaşaçılar üç qolun şahidi oldular. Küncdən zərbə qazanaraq elə özü də onu qola çevirən Brel Embolonun vurduğu top oyunu xeyli diriltdi. Qapıçı meydançasında şir kimi sıçramasına baxmayaraq qapıçı Uord topa çata bilmədi. Lakin isveçrəlilər sanki qoldan sonra topu əldən verdilər və elə buna görə də tezliklə paylarını aldılar. Toqquşma nəticəsində qaşı partlamış və demək olar ki, bütün oyunu başı sarğılı oynayan Mur elə sarğılı başı ilə topu rəqib komandanın qapısına göndərərək hesabı bərabərləşdirdi.

Final fitinə bir az qalmış isveçrəlilər az qala qələbəyə yaxınlaşmışdılar. Yenicə meydana çıxmış Mario Qavranoviçə cəmi iyirmi saniyə bəs etdi ki əvvəlcə oyundan kənar vəziyyətə düşsün, ardınca da qol vursun. Lakin VAR-ın müdaxiləsindən sonra qol haqlı olaraq hesaba alınmadı. Bundan sonra isə komandalardan heç biri artıq topu rəqib qapısına yönəldə bilmədi. Nəticədə, oyun komandaların heç birini qane etməyən qanunauyğun heç-heçə ilə başa çatdı.