21:24 30 İyul 2021
Полузащитник сборной Финляндии Юкка Райтала (слева) и нападающий сборной Дании Мартин Брейтвейт.

AVRO-2020-də dayandırılmış Danimarka-Finlandiya oyunu bərpa edildi

© AFP 2021 / JONATHAN NACKSTRAND
Avro 2020
Qısa URL
8 0 0

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Erikssenin huşunu itirməsi səbəbilə dayandırılan futbol üzrə Avropa çempionatının Danimarka-Finlandiya oyunu bərpa edilib.

Rusiya millisinin də yer aldığı B qrupunun Danimarka-Finlandiya oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra futbolçunu pərdə ilə örtülü xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər. Oyun dayandırılıb.

Sonra məlum olub ki, futbolçu hospitala aparılıb, o, özünə gəlib və vəziyyəti sabitdir.

Matç Bakı vaxtı ilə 22:30-da, 43-cü dəqiqədən başladılıb. Hələlik hesab açılmayıb. Eriksseni Matias Yensen əvəzləyib.