13:02 05 Avqust 2021
Uels millisinin oyunçuları Kris Mepam, Cozef Rodon və Denni Uord (soldan-sağa)

İsveçrə millisinin hücumçusu hesaba alınmayan qolunu şərh edib

Dan Mullan - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
5 0 0

Qavranoviç AVRO-2020-dəki ilk oyununda komandasına qələbə gətirə bilərdi, lakin oyundankənar vəziyyətə düşdü.

 

Futbol üzrə İsveçrə milli komandasının hücumçusu Mario Qavranoviç bildirib ki, Uels komandasının qapısına zərbə endirərkən oyundankənar vəziyyətdə olduğunu anlayıb.

"A" qrupunda İsveçrə və Uels yığma komandaları arasında Bakıda şənbə günü keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Oyunçu dəyişikliyindən sonra meydana çıxan Qavranoviç dərhal isveçrəlilərin qapısına qol vurub, lakin VAR-ın müdaxiləsindən sonra hakim qolu qeydə almayıb.

"Hamı sevincək mən tərəfə qaçanda mən bir anlıq ümid etdim ki, bu offsayd deyildi. Buna baxmayaraq, daxilən başa düşürdüm ki, oyundankənar vəziyyətdə idim. Mən oyuna yaxşı başlamışdım, nəticədə bizi qələbədən bir neçə düym ayırdı. Gələn oyuna əsas heyətdə çıxacağammı? Əgər məşqçi mənə şans versə, mən çalışıb var gücümlə oynayaram. Kyellini və Bonuççi (italiyalılar) kimi müdafiəçilər çox yüksək səviyyəli futbolçulardır. Odur ki, qalib gəlmək üçün var gücümüzlə çalışmalı olacağıq", - deyə Qavranoviç jurnalistlərə bildirib.