02:24 01 Avqust 2021

Petkoviç: Uels komandası ilə oyunda İsveçrə futbolçuları kifayət qədər inad göstərmədilər

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
8 0 0

"Mən indi də eyni cür hərəkət edərdim, oyunçunu dəyişərdim. Mən Zakariya vasitəsilə meydanın mərkəzində sabitliyə nail olmaq istəyirdim".

Uels komandası ilə oyunda İsveçrə yığmasının futbolçuları kifayət qədər inadlı deyildilər. Bunu İsveçrə yığma komandasının baş məşqçisi Vladimir Petkoviç Uels yığması ilə oyundan sonra deyib.

"A" qrupunda İsveçrə və Uels yığma komandaları arasında Bakıda şənbə günü keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

"İlk 75 dəqiqə ərzində biz qalib gəlmək üçün hər şeyi etdik. Lakin təəssüf ki, oyunun sonunda təşəbbüsü əldən verdik. Biz nədən belə olduğunu bilirik, lakin oyunun nəticəsindən razı deyilik. Növbəti rəqibimiz İtaliya komandası – qrupun aşkar favoritidir. İndi biz artıq daha da yaxşı oynamalı və imkan düşdüyü məqamlarda daha konkret olmalıyıq", - deyə Petkoviç mətbuat konfransında bildirib.

Oyunun 66-cı dəqiqəsində Petkoviç komandanın liderlərindən biri Cerdan Şakirini Denis Zakariya ilə əvəz edib. Məşqçinin bu qərarını jurnalistlər tənqid ediblər.

"Mən indi də eyni cür hərəkət edərdim, onu dəyişərdim. O yaxşı oynadı, lakin mən Zakariya vasitəsilə meydanın mərkəzində sabitliyə nail olmaq istəyirdim. Çünki biz vurduğumuz qoldan sonra təşəbbüsü əldən vermişdik. Mən dəyişiklik edərkən növbəti oyunlar barədə düşünürdüm", - deyə futbol mütəxəssisi bildirib.