22:07 31 İyul 2021
Футболист сборной Португалии Криштиану Роналду

Ronaldo beşinci Avropa çempionatında oynayaraq bu göstərici üzrə rekordçu olub

© REUTERS / ALEX PANTLING
Avro 2020
Qısa URL
11 0 0

Portuqaliyalı ulduz hücumçu həmişəki kimi Avropa futbolunun rekordlarını təzələmək prosesini davam etdirir.

Portuqalia yığmasının futbolçusu Kriştianu Ronaldu beşinci dəfə Avropa çempionatında iştirak edərək bu göstərici üzrə rekordçu olub.

Ronaldu çərşənbə axşamı Budapeştdə kapitan sarğısı ilə Portuqaliya yığmasını F qrupunun ilk tur oyununda Macarıstan komandasına qarşı oyuna çıxarıb. Portuqal forvard üçün bu AVRO-nun final mərhələlərində 22-ci oyun olub. 36 yaşlı forvard Avropa çempionatlarında 2004-cü ildən iştirak edir. Milli komandanın heyətində o gümüş (2004, Portuqaliyada), bürünc (2012, Polşa və Ukraynada) və qızıl (2016, Fransada) medallar qazanıb.

Cəmi 16 oyunçu (Ronaldosuz) dörd Avropa çempionatının final mərhələsində iştirak edib. İlk olaraq bunu 2000-ci ildə alman Lotar Matteus və danimarkalı Peter Şmeyhel ediblər. 2016-cı ildə bir dəfəyə 11 oyunçu bu siyahıya düşüb. Hazırkı turnirdə bu siyahıdan yalnız Ronaldu iştirak edir.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək 11 şəhərdə, o cümlədən Bakıda keçirilir.