01:55 01 Avqust 2021
UEFA prezidenti Aleksander Çeferin, arxiv şəkli

UEFA prezidenti Aleksander Çeferin Bakıdadır

© Sputnik / Stringer
Avro 2020
Qısa URL
1309 0 0

Çeferin bu gün Bakıda futbol üzrə Türkiyə və Uels yığma komandaları arasında AVRO-2020 çərçivəsində keçiriləcək oyuna tamaşa edəcək.

UEFA prezidenti Aleksandr Çeferin Bakıya təşrif buyurub. AFFA-dan RİA Novosti-yə verilən məlumata görə, Çeferin bu gün Bakıda futbol üzrə Türkiyə və Uels yığma komandaları arasında AVRO-2020 çərçivəsində keçiriləcək oyuna tamaşa edəcək.

Oyun Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 20.00-da başlayacaq.

Bu qarşılaşma Azərbaycan paytaxtında hazırkı Avropa birinciliyi çərçivəsində keçiriləcək ikinci oyun olacaq.

Dörd gün əvvəl Uels və İsveçrə yığmaları arasında Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Bakıdakı diplomatik mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, oyunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanın iştirakı gözlənilir.